İsrailin Haaretz qəzetindən ölkəsinə sərt tənqidlər

Haaretz qəzeti İsrailin Qəzza zolağının şimalında xəstəxanaları sökməsini fələstinlilərə qarşı "etnik təmizləmənin bir hissəsi" kimi qiymətləndirib.

Qəzetin redaksiya məqaləsində İsrailin Qəzza zolağının şimalında xəstəxanaları sökmək üzrə hərəkətləri müzakirə olunub.

Məqalədə qeyd olunub ki, Qəzzada xəstəxanaların qəsdən dağıdılmasının başqa məqsəd daşıdığını və xəstəxanaların sökülməsinin “Qəzza zolağının şimalında aparılan etnik təmizləmənin bir hissəsi kimi görünür” olduğunu düşünmək ağlabatandır.

Ordunun köç etmək məcburiyyətində qalan yüz minlərlə insanın geri qayıtmaması üçün bölgədəki demək olar ki, bütün yaşayış məntəqələrini və infrastrukturu dağıdıb, xəstəxanaların da sökülməsinə qərar verildiyi qeyd edilib.

Məqalədə səhiyyə ocaqları dağıdıldığı zaman xəstələr və yaralıların müalicə üçün cənuba getməli olacağı və beləliklə də Qəzzanın şimalının sürətlə boşalacağı bildirilib.

Xüsusilə müharibə dövründə belə böyük bir ərazinin xəstəxanasız qalmasının mümkün olmadığı vurğulanıb və IV Cenevrə Konvensiyasının müharibə dövründə xəstəxanalara xüsusi status verdiyi xatırladılıb.