Azərbaycanın Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya qaz ixracına başlamasından dörd il ötür. Bu müddətdə TAP-la Avropaya 42.8 milyard kubmetr qaz tədarük olunub. Bu il Avropaya qısa və uzunmüddətli müqavilələr üzrə 12.9 milyard kubmetr qaz ixrac edilib.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov X Platformasında yazıb.
Bununla yanaşı Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında bildirilir ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan Türkiyəyə ümumilikdə 9 milyard 470,87 milyon kubmetr təbii qaz ixrac edilib. Bu, 2023-cü ilin müvafiqü dövrü ilə müqayisədə 10 faiz çoxdur.
Ötən ilin oktyabr ayında Azərbaycan Türkiyəyə 1 milyard 008,56 milyon kubmetr təbii qaz ixrac edib. Bu, 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 40,29 faiz çoxdur.
Bununla da oktyabrda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ikinci ölkə olub. Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 25,52 faizi Azərbaycanın payına düşüb.
Oktyabrda Türkiyəyə qaz ixracına görə ilk yeri Rusiya tutub. Rusiyadan Türkiyəyə 1 milyard 711,12 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2023-cü ilin oktyabr ayı ilə müqayisədə 13,84 faiz azdır.
Oktyabrda üçüncü yerdə İran qərarlaşıb. Bu ölkə həmin ay Türkiyəyə 866,31 milyon kubmetr qaz nəql edib. 2023-cü ilin oktyabr ayı ilə müqayisədə İrandan Türkiyəyə qaz nəqli 6,75 dəfə artıb.
Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.
AmerikanınSəsi
Azərbaycandan Avropa və Türkiyə bazarlarına qaz nəqli artmaqda davam edir