Hüseyn Yayman: PKK fevralda silahı yerə qoyacaq

AK Partiya Hatay Millət vəkili Hüseyn Yayman PKK-nın fevral ayında Türkiyədə silahı yerə qoyacağını və terror fəaliyyətlərinə son verəcəyini proqnozlaşdırdıqlarını açıqlayıb. Yayman qeyd edib ki, bu hadisələr Türkiyə tarixində mühüm dönüş nöqtəsi olacaq.

Prosesin başlanmasında MHP sədri Dövlət Baxçalının roluna diqqət çəkən Yayman, Baxçalının 29 Oktyabr Respublika Günü ilə bağlı verdiyi açıqlamalarının və DEM Partiyası qrupuna verdiyi müsbət mesajlarının da böyük rol oynadığını bildirib. Yayman, "Bahçelinin terrordan azad Türkiyə çağırışları və Suriyadakı hadisələrlə bağlı açıqlamaları bu prosesin müvəffəqiyyətlə keçməsi üçün mühüm zəmin yaratdı" deyib.

DEM Partiyasının da tarixi bir məsuliyyət daşıdığını ifadə edən Yayman, “PKK-nın silahı yerə qoyması və Türkiyədə sülh mühitinin yaradılması üçün daha cəsarətli addımlar atılmalıdır. Fevral bu baxımdan kritik dönüş nöqtəsi olacaq" deyə bildirib.