25 July 2024

Argentina Futbol Assosiasiyası olimpiadadakı oyundan sonra FIFA-ya şikayət edib

Argentina Futbol Assosiasiyası (AFA) Paris Yay Olimpiya Oyunlarının qrup mərhələsinin I turu çərçivəsində Argentina və Mərakeş komandaları arasındakı oyundan sonra FIFA Intizam Komitəsinə şikayət edib.

Bu barədə AFA-nın mətbuat xidməti məlumat yayıb.

AFA oyun iştirakçılarının təhlükəsizliyi üçün tədbirlərin görülməsini tələb edib.

Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirildi - Saxlanılanlar var

Türkiyə polisi 13 vilayətində İŞİD terror qruplaşmasına qarşı “Gürz-1” əməliyyatı keçirilib.

 Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb. 

Onun sözlərinə görə,  Ankara, Adana, Antalya, Çorum, Elazığ, Gaziantep, Hatay  və İstanbulda keçirilən əməliyyatlarda ümumilikdə 72 şübhəli saxlanılıb. Əməliyyat nəticəsində böyük həcmdə milli və xarici valyuta, eləcə də rəqəmsal vasitələr ələ keçirilib.

 

 

Bəşər Əsəd Putinlə görüşüb

Rusiya prezidenti Vladimir Putin Moskvada Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Reuters xəbər verir ki, Kreml görüşün dünən baş tutduğunu açıqlayıb.

Görüş zamanı Putin Əsədə deyib: “Bütövlükdə regionda vəziyyətin necə inkişaf etdiyinə dair fikirləriniz məni çox maraqlandırır”.

Rusiya lideri “Təəssüf ki, gərginliyin artması tendensiyası var, biz bunu görürük. Bu, birbaşa Suriyaya aiddir" deyib.

'Talış Milli Akademiyasının xəbərləri'nin baş redaktoru 4 ay həbs edilib

İyulun 24-ü axşam saatlarında Səbail rayon Məhkəməsi "Talış Milli Akademiyasının xəbərləri"nin baş redaktoru İqbal Əbilov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 283 (milli ədavətin qızışdırılması) və 274 (dövlətə xəyanət) maddələri ilə ittiham olunur.

Bu barədə onun atası Şahin Əbilov məlumat verib.

Ş.Əbilovun sözlərinə görə, İ.Əbilov ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

İlahiyyatçı İlqar Rəcovun məhkəməsi növbəti dəfə təxirə düşüb

İyulun 24-də ruhani Hacı İlqar Rəcovun məhkəməsi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses bu dəfə də şahidlərin məhkəmədə iştirak etməmə səbəbindən təxirə düşüb. Artıq sayları bəlli olmayan şahidlərin məhkəməyə gəlməmə səbəbi ilahiyyatçının məhkəməsini uzatmaqla yanaşı, onun hər dəfə iclaslara gətirilib aparılması ilə yetərli məşəqqətə düşməsinə səbəb olur. Bundan əlavə ruhaninin günahsızlığını göstərən şahidlərin gəlməməsi kimi bəsit faktlar onun azadlıq hüququnu hələ də məhdudlaşdırmağa davam edir.

Hərbi Prokurorluq: Hərbi hissə komandiri polkovnik Samir Həziyev barəsində həbs qətimkan tədbiri seçilib

Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissənin komandiri, polkovnik Həziyev Samir Mətləb oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.3-cü maddəsi ilə ittiham elan edilməsi və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, barəsində Bakı hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bu barədə hərbi prokurorun böyük köməkçisi Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.