İyulun 24-də ruhani Hacı İlqar Rəcovun məhkəməsi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən proses bu dəfə də şahidlərin məhkəmədə iştirak etməmə səbəbindən təxirə düşüb. Artıq sayları bəlli olmayan şahidlərin məhkəməyə gəlməmə səbəbi ilahiyyatçının məhkəməsini uzatmaqla yanaşı, onun hər dəfə iclaslara gətirilib aparılması ilə yetərli məşəqqətə düşməsinə səbəb olur. Bundan əlavə ruhaninin günahsızlığını göstərən şahidlərin gəlməməsi kimi bəsit faktlar onun azadlıq hüququnu hələ də məhdudlaşdırmağa davam edir.
Prosesdə ruhani Hacı İlqar Rəcov, vəkili Elçin Sadıqov və ruhaninin ailə üzvləri şahidlərin məcburi gətirilməsi təmin edilmədiyi üçün hakimə öz etirazlarını bildiriblər.
Yaxınlarının bildirdiyinə görə, artıq 1 il 7 aydır məhkəmə prosesi davam edir və polis əməkdaşı olan 6 şahid ,onların məcburi məhkəmədə iştirakları haqqında qərar olsa da məhkəməyə gəlmir və bu səbəbdən məhkəmə təxirə düşür.
Növbəti məhkəmə iclası sentyabr ayının 11-i saat 16:00-a təyin olunub.
Qeyd edək ki, Ruhani Hacı İlqar Rəcov 2023-cü ilin fevral ayının 1-də polis tərəfindən saxlanılıb.
Son dövrlərin ən çox məhkəmə şikayətləri şahidlərin iclaslara gəlməməsidir. Bu mövzuda təkcə müddəhimlərin deyil, hakimlərin də şikayətləri məhkəmə boyu səslənməkdə davam edir. Hətta artıq sayları itən şahidlərin məhkəmədən yayınması halları hakimlərin onları məcburi gətirilməsi kimi fikirlərə də yol açır.
Bunun başlıca səbəbi inanclı müttəhimlərin şərlənərək həbs olunmasıdır. Bir-birini təkzib edən izahatlar verən və əksəriyyəti polis olan şahidlərin məhkəmə ifadələri gülüc olmaqla yanaşı, eyni halda öz saxtakarlıqlarının ifşasıdır. Buna görə də artıq dəb alan məhkəmədən yayınma faktları məhz bu vəziyyətin baş verməmmə səbəbinə görədir.
Əlbəttə, iclaslarda iştirak edib öz şərəfini aldığı cüzi pula satmadan baş verənləri təkzib edib həqiqətə şahidlik edənlər də iclas salonlarında yaşanan faktlar sırasında var.
İlahiyyatçı İlqar Rəcovun məhkəməsi növbəti dəfə təxirə düşüb