16 July 2024

Əsəd: Türkiyə əsgərlərinin Suriyadan çıxarılması gündəmdə olarsa, Ərdoğanla görüşəcəm

Suriya prezidenti Bəşər Əsəd prezident Ərdoğanla görüşə biləcəyini bildirərkən, Türkiyənin Suriyadakı hərbi varlığının toplantının gündəmində olması lazım olduğunu bildirib.

Suriya prezidenti Bəşər Əsəd bazar ertəsi bildirib ki, o, prezident Rəcəb Tayyib Ərdoğanla görüşə bilər, lakin gündəmdə türk əsgərlərinin Suriyadan çıxarılması məsələsi yer almalıdır.

Turan-nın Aşura qərəzi

Bu gün Aşura günüdür və dünyanın az qala hər bir ölkəsində bu əlamətdar gün qeyd olunur. Şübhəsiz bu sırada Azərbaycanın da özünəməxsus yeri olub və bu gün də var. Aşura retualı məntəqəsindən asılı olmayaraq Azərbaycan xalqı üçün yüzilliklərə söykənən tarixi bir inancdır. Xalqın milli kimliyinə çevrilən bu dəyər yaşından asılı olmayaraq hər kəsin hüzn və sevgi mənbəyidir.

Azərbaycan və Çin Orta Dəhlizlə yükdaşımaların artırılmasını müzakirə edib

İyulun 15-də Azərbaycan və Çin Orta Dəhliz üzrə yükdaşımaların artırılmasını müzakirə edib.

“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin məlumatında deyilir ki, ADY sədri Rövşən Rüstəmovla “Çin Dəmir Yolları” Dövlət Korporasiyasının baş direktorunun müavini Sun Suyudenin Bakıda keçirilən görüşündə son aylarda Orta Dəhliz üzrə yükdaşımaların artırılması məqsədilə hər iki ölkənin dəmir yolları, həmçinin liman və logistika şirkətləri arasında keçirilən intensiv görüşlərin əhəmiyyəti vurğulanıb.

Husilər Aralıq və Qırmızı dənizdə 3 yük gəmisini vurub

Yəməndəki husilər Qırmızı dəniz və Aralıq dənizində ballistik raketlər və pilotsuz uçuş aparatları ilə 3 gəmini hədəf aldıqlarını açıqlayıblar.

Husilərin sözçüsü Yəhya Səri verdiyi açıqlamada "BENTLEY I" və "CHIOS Lion" adlı gəmilərin Qırmızı dənizdə PUA və ballistik raketlərlə hədəf alındığını bildirib.

Ordumuzun hərbçisi bədbəxt hadisə nəticəsində həlak olub

Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlu bədbəxt hadisə nəticəsində həlak olub.

Müdafiə Nazirliyi hərbi qulluqçunun həlak olması ilə bağlı faktı təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Şeyxin Marneulidəki "Tasua" yürüşündə iştirakına iki dəfə etiraz edilib

İyulin 15-də Marneulidə keçirilən "Tasua" yürüşündə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Faiq Nəbiyev iki dəfə etirazla qarşılaşıb. 

Operativtv.com Aktual.ge-yə istinadən verdiyi məlumata görə, saat 10:40 radələrində Marneulidəki Əhlibeyt Cəmiyyətinin önündə əhali toplanmağa başlayanda qəfil gələn şeyx, Marneuli Mərkəzi Həzrəti İmam Əli Məscidinin fəalları və şura üzvlərinin narazılığına səbəb olub. Məlumat üçün bildirək ki, uzun illərdir Marneuli Mərkəzi Məscidi GMİ-ni tanımır.

İslam Dünyası Aşuranı qeyd edir

 Bu gün dünyanın bir çox ölkələrində Aşura mərasimləri keçirilir. Ən böyük mərasimlər şiələrin sıx yaşadığı İran, İraq, Pakistanda da daxil Azərbaycan, Gürcüstanda qeyd olunur.
Aşura ərəb dilində 10 deməkdirki, Məhərrəm ayının 10-u Kərbəlaya gələn İmam Hüseyn (ə) öz səhabələrilə birlikdə bu gündə şəhid olublar.

Kərbəlada bir tərəfdə İmam Hüseyn (ə) və səhabələri, digər tərəfdə isə Yezidin tərəfdarları idi. Hər iki şəxs haqqında məlumatı oxuduqda hər şey məlum olur: