Suriya prezidenti Bəşər Əsəd prezident Ərdoğanla görüşə biləcəyini bildirərkən, Türkiyənin Suriyadakı hərbi varlığının toplantının gündəmində olması lazım olduğunu bildirib.
Suriya prezidenti Bəşər Əsəd bazar ertəsi bildirib ki, o, prezident Rəcəb Tayyib Ərdoğanla görüşə bilər, lakin gündəmdə türk əsgərlərinin Suriyadan çıxarılması məsələsi yer almalıdır.
Dəməşq rəhbərliyinin sosial mediada paylaşdığı videoda jurnalistlərin suallarını cavablandıran Əsəd, bu görüşün baş tutub-tutmayacağının onun “məzmunundan” asılı olduğunu bildirib.
Ərdoğan iyunun sonunda verdiyi açıqlamada Əsədlə “ailə olaraq” görüşə biləcəklərini bildirib.
Ərdoğan, "Suriya ilə diplomatik əlaqələri bərpa etməmək üçün heç bir səbəb yoxdur. Bunu keçmişdə etdiyimiz kimi yenidən edə bilərik. Suriyanın daxili işlərinə qarışmaq fikrimiz yoxdur. Bilirsiniz, heç bir səbəb yoxdur. Niyə cənab Əsədlə keçmişdə etdiyimiz kimi bir ailə görüşünə çatana qədər bunu təkrar edə bilməyək!?" deyib.
Türkiyə illərdir Əsədi hakimiyyətdən uzaqlaşdırmağa çalışan silahlı müxalifət döyüşçülərinin əsas dəstəkçilərindən biri olub və 2016-cı ildən bəri Suriyanın şimalında üç böyük hərbi əməliyyat keçirib. Suriyanın şimalındakı bəzi bölgələr Türkiyə Silahlı Qüvvələrinin (TSQ) nəzarətindədir.
Rusiya və İran tərəfindən dəstəklənən Əsəd son bir neçə ildə müttəfiqlərinin köməyi ilə ərazinin böyük hissəsini geri almağa və müharibənin gedişatını öz xeyrinə çevirməyə nail olub.
Türkiyənin dəstəklədiyi müxalif qüvvələr indi yalnız Suriyanın İdlib bölgəsini idarə edir.
Əsəd: Türkiyə əsgərlərinin Suriyadan çıxarılması gündəmdə olarsa, Ərdoğanla görüşəcəm