Bu gün Aşura günüdür və dünyanın az qala hər bir ölkəsində bu əlamətdar gün qeyd olunur. Şübhəsiz bu sırada Azərbaycanın da özünəməxsus yeri olub və bu gün də var. Aşura retualı məntəqəsindən asılı olmayaraq Azərbaycan xalqı üçün yüzilliklərə söykənən tarixi bir inancdır. Xalqın milli kimliyinə çevrilən bu dəyər yaşından asılı olmayaraq hər kəsin hüzn və sevgi mənbəyidir.
Təəssüf ki, media qərəzindən kənar olması tələb olunan Turan Xəbər Agentliyinin bu səhər Aşura ilə bağlı yerləşdirdiyi məlumatı hələ də onların bu dəyəri diqqətə almadan Aşuraya qarşı ikili yanaşmalarını ortaya qoyub.
Öncə bunu “hakimiyyət uğrunda mübarizə” və “sünnülər və şiələr arasında düşmənçilik” yaranması kimi absurd fikirlərlə bağlı qeyd olunası bir cümləni zəruri edir: İslam sizin qərəz tərəfiniz olduğu üçün bunun haqqında məlumatlı deyilsiz. Bilmədiyiniz yox, bildiyiniz şeyləri qeyd etsəniz daha yaxşı olar.
Dediklərinizə etiraz isə elə İmam Hüseynin (ə) öz xütbəsində yer alıb ki, o, qiyamı nəyə görə qaldırıb. Bunun üçün qərəzdən kənar olmaq yetərli idi ki, bunu görəsiniz. Sünnülər və şiələrlə düşmənçilik mövzusuna turançılarımıza qardaş Türkiyəni misal göstərsək bəlkə həqiqəti görə bilsinlər. Bu gün orada da Aşura keçirilir və əhalisinin böyük çoxluğu sünnülərdir. Heç bir düşmənçilik filan baş vermirdə.
Yox əgər bunu tarixi keçmişlə müqayisədə nümunə çəkirsinizsə, bu da Kərbəla hadisəsi ilə bağlı deyil. Hadisə İmam Əlinin (ə) Peyğəmbərdən sonra İmam təyinatına etirazdır ki, yəqin bu mövzu da nifrət səbəbindən baxılmadan keçilib.
Sonda “vaxsey-şaxsey mərasimi” adlandırdığınız əza məclisləri də Azərbaycanın milli kimliyidir. Şəhidlərin dəfni də əza olaraq sizin ağız büzdüyünüz “vaxsey şaxseylərlə” şəhid analarının matəmini tərənnüm edirdi. Bunun adı “vaxsey-şaxsey” yox, əzadır. Bunu az da olsa Azərbaycan klassikasına diqqətiniz bu qərəzin də üzərində yanlışlığınızı sizə göstərərdi.
Üzücü odur ki, bunu ölkə üçün aparıcı media ortamlarından biri, xalqın yanında olan Turan Xəbər Agentliyi bu formada yayım edir. Bundan da üzücüzü odur ki, bunu xalqın inancına qarşı qərəz və nifrət püskürərək icra edir.
Turan-nın Aşura qərəzi