“Başımızı çox ağrıdırdılar”
"İlqar Məmmədovun azadlığa buraxılması bizə siyasi cəhətdən çox böyük kömək göstərəcək. Avropa Şurasının Parlament Assambleyasından bu yaxınlarda məhbuslar üzrə məruzəçinin təyin olunmasının əsaslarından biri elə İlqar Məmmədov işi idi. Buna görə, həmin məruzəçinin işini biz "yüngülləşdirmişik".
Bunu “BBC News Azərbaycanca”ya Azərbaycanın AŞPA-ya nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.
ReAL Hərəkatının sədri İlqar Məmmədov avqustun 13-də Şəki Apelyasiya Məhkəməsinin qərarı ilə şərti azadlığa buraxılıb.
Səməd Seyidov bu addımı müsbət qiymətləndirib:
"Hüquqi-nöqteyi nəzərdən bizim hüquq-mühafizə orqanları bütün lazım olan prosedurları həyata keçirdilər və məhkəmənin qərarı əsasında şərti azadlığa buraxılmış İlqar Məmmədov artıq Azərbaycanda həbsxanadan kənarda sərbəst hərəkət etmək iqtidarındadır".
Lakin Avropa Şurası İnsan Haqları Komissarı Dunja Mijatovic İlqar Məmmədovu azad etməklə yanaşı Azərbaycanı ona qarşı "bütün ittihamları və səyahət qadağasını" aradan qaldırmağa və tənqidi mövqelərinə görə həbs edilən digər məhbusları da azad etməyə çağırıb.
Səməd Seyidov, İlqar Məmmədovun azadlığa buraxılmasını "bir neçə nöqteyi-nəzərdən müsbət əks-səda yaradacaq hadisə" adlandırıb.
"Bu problemdən Azərbaycanı istəməyən və Azərbaycana qarşı mövqedə dayanan qüvvələr çox istifadə edirdilər, bizim başımızı çox ağrıdırdılar. Azərbaycana haqq-nahaq, xoşagəlməz, reallıqdan kənar və həqiqətlə qarışdırılmış, yalan, böhtan yüz cür durumlar söyləyirdilər. Bunların hamısına cavab vermək o qədər də asan məsələ deyildi", - Səməd Seyidov bildirib.
Səməd Seyidov qeyd edib ki, İlqar Məmmədovun həbsi məsələsi Avropa İnsan Haqları Məhkəməsində, müxtəlif səviyyələrdə belə müzakirə olunurdu.
"Avropa Şurasının Baş Katibi Yaqland, vaxtilə bu məsələ ilə bağlı Azərbaycana prosedur qaydalarının başlanmasının tərəfdarı idi. Ancaq sonradan bunların hamısı araşdırıldı, çox ciddi təhlil olundu və Azərbaycan hüquq-mühafizə orqanları Azərbaycanda gedən proseslərə, bu təzyiqlərə dözdülər. Obyektiv, çox düzgün, həm beynəlxalq təşkilatlara, həm Azərbaycana bizim siyasi mövqeyimizə müsbət təsir göstərəcək qərar qəbul etdilər".
Səməd Seyidov hesab edir ki, Avropa İnsan Haqları Məhkəməsində minlərlə yerinə yetirilməmiş qərarlar mövcud olduğu halda ancaq Azərbaycanın bir hədəf kimi seçilməsi və Azərbaycanca qarşı belə bir faktdan istifadə edilərək təzyiq göstərilməsi düzgün deyildi.
Onun sözlərinə görə, "çıxarılan qərarlar onu göstərir ki, Azərbaycan hüquq-mühafizə orqanlarına təzyiq göstərmək mənasız məsələdir. Heç bir təzyiq altında dövlət orqanı işləmir".
"Siyasi nöqteyi-nəzərdən isə bu, bizim üçün çox vacibdir, çünki Avropa Şurasında, Avropa Parlamentində, ABŞ-da, başqa beynəlxalq təşkilatlarda bu məsələdən bəhrələnən qüvvələr də başa düşsünlər ki, bu məsələ də artıq keçib".
O, bir neçə başqa məsələlərin də tezliklə hüquq-mühafizə orqanları, məhkəmə sistemi tərəfindən araşdırılmasını və bununla da Azərbaycanın imicinə və mövqeyinə təsir göstərən məsələlərin həll olunmasını arzuladığını söyləyib.
Səməd Seyidov qeyd edib ki, Azərbaycan bu məsələni AŞPA-da qaldıracaq: "Sentyabrın 3-ü AŞPA Bürosunun iclası olacaq. Avropa Şurasının insan haqları, monitorinq komitəsi, siyasi komitə iclaslarında, oktyabr sessiyasında bu məsələ hansısa formada gündəmə qalxa bilərdi. İndi isə biz bunu qaldıracağıq ki, Azərbaycan bu şəkildə, bu formada bu məsələni də həll etdi".
İlqar Məmmədov 2013-cü ildə İsmayıllı iğtişaşlarının təşkili ittihamı ilə 7 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Avropa Məhkəməsi iki dəfə bu qərarın əsassız olması haqqında qərar qəbul edib.
Bundan sonra Azərbaycan Ali Məhkəməsinin plenumu iyunun 29-da yerli məhkəmələrin əvvəlki qərarları ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdi.
Səməd Seyidov: İlqar Məmmədovun azadlığa buraxılması bizim üçün çox vacibdir

Oxşar xəbərlər