İlqar Məmmədov evində - Foto - Video

Bu gün, avqustun 13-ü Şəki Apelyasiya Məhkəməsində REAL Partiyasının həbsdə olan sədri İlqar Məmmədov barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
 
Məlumata görə, REAL sədri iki il sınaq müddətinə şərti azadlığa buraxılıb.
 
Şəki Apellyasiya Məhkəməsi bundan öncə də İ.Məmmədovun şikayətinə baxıb və onun 7 il azadlıqdan məhrum edilməsi haqda hökmü qüvvədə saxlayıb. Ali Məhkəməyə şikayət də nəticə verməyib - aşağı instansiya məhkəməsinin qərarı dəyişdirilməyib.
 
Lakin Avropa İnsan Haqları Məhkəməsinin 2017-ci ilin noyabrında İ.Məmmədovla bağlı ikinci qərarından sonra Ali Məhkəmənin Plenumu iyunun 29-da onun əsasında ReAl sədrinin işinə baxıb. Plenumun qərarıyla İ.Məmmədovun 7 illik həbsinə dair hökmü qüvvədə saxlayan kassasiya və apellyasiya instansiyalarının qərarları ləğv edilib. İş yenidən baxılmasından ötrü Şəki Apellyasiya Məhkəməsinə qaytarılıb.
 
REAL Partiyasının sədri İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə əlaqədar həbs olunmuşdu və 7 il azadlıqdan məhrum edilmişdi.