Tale Bağırzadə İlqar Məmmədova məktub ünvanladı

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə Real Partiyasının sədri İlqar Məmmədovun azadlığa çıxması münasibəti ilə ona məktub ünvanlayıb.

Bu barədə məlumatı Müsəlman Birliyi Hərəkatının mətbuat xidməti məlumat yayıb.

Operativ.tv mətbuat xidmətindən daxil olan məlumatı olduğu kimi təqdim edir:

Əziz İlqar bəy!

Sizi haqq etdiyiniz azadlıqda salamlamaqdan məmnunam.

Amma eyni zamanda hesab edirəm ki, bu azadlıq sizin üçün də nisbidir, çünki nə sizin, nə də bu ölkədə mübarizə  edən digər insanların istədiyi bu azadlıq deyil. Sözün həqiqi mənasında haqq etdiyimiz, layiq olduğumuz azadlıqdır və mən əminəm ki, siz  kiçik zindandan böyük zindana  keçid etməklə  mütləq azadlıqlığımızı qələbəsi üçün əlinizdən gələni edəcəksiniz. Bizim ölkəni, Azərbaycanımızı  hər kəs üçün zindana çeviriblər və bu gün hamılıqla çalışıb bu zindanın qalın divarlarını sökməliyik. Hamılıqla çalışıb o zindanda əzab çəkən,  mərhumiyyətlərə düçar olan həmvətənlərimizə   insan kimi yaşamaq və ömür sürmək haqqını bəxş etməliyik.

Allah hər kəsə azadlıq, ixtiyar vermiş və  nə mənə, hətta Böyük  peyğəmbərimizə belə bu  ixtiyara, haqqa girməyə izn verməmişdir. Mən  də ölkəmdə  hər kəsin öz ixtiyar və haqqının sərhədlərinin  özü tərəfindən müəyyən olunmasına imkan verən bir düzənin  formalaşması arzusundayam.

Əminəm ki, ölkəmiz üçün istədiklərimiz eynidir. Hamının rahat yaşaya biləcəyi bir ölkə... İnanıram ki, siz böyük zindanda müxalif birliklərin  bir arada olması, ölkədə dəyişikliklər istəyən hər kəsin bu irtica qarşısında bir olub birləşməsi üçün öz tövhənizi verəcəksiniz.  Əgər bu  olarsa, biz hamımız bir idea uğrunda  və birgə savaşarıqsa, ölkənin idarəçiliyini işğal etmiş  bu kəslərdən Azərbayacanı xilas edə biləcəyik. 

 5 il ərzində sınmadan,  sağlam yoldan nisbi də olsa, öz azadlığınızı qazanmanmağı bacardınız. Bu  mətənətinizə görə  də sizə ayrıca təşəkkür edirəm.

Bu ölkədə sınmamaq, örnək olmaq, gələcəyə bir yol buraxmaq  da bizlərin  borcudur və bu borcu anlayıb  yerinə yetirən hər kəsə minnətdaram.

Allah sizləri qorusun.

Hörmətlə Tale Bağırzadə, Qobustan həbsxanası...