Müxalifət partiyalarının liderləri REAL fəallarının həbsini pisləyib.
Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) sədri Cəmil Həsənli REAL-ın məclis üzvü Azər Qasımlının həbsini insan hüquqları sahəsində dəhşətli vəziyyətin göstəricisi adlandırıb. O, Qasımlının polisə tabe olmamaqda ittiham olunmasını əsassız adlandırıb.
Həsənli bildirib ki, mayın 20-də AXC-nin yubileyinə həsr olunmuş aksiya boyunca o, Qasımlının yanında olub və o, heç bir pozuntu törətməyib, polislərə kobudluq etməyib və ümumiyyətlə, o, alicənab ziyalı insandır.
Həsənli hakimiyyəti respublikanın 100 illiyini qeyd edən fəalları təqib etməklə AXC banilərinin xatirəsini ələ salmaqda ittiham edib.
Müsavat başçısı Arif Hacılı da Respublika Günündə küçə yürüşündə iştirak edən fəalların həbslərini AXC dəyərlərinə hörmətsizlik adlandırıb.
AXCP lideri Əli Kərimli hakimiyyəti ölkədə məzarlıq səssizliyi yaratmaq cəhdində ittiham edib.
"Amma Avropada, Bakıda İstiqlal Bəyannaməsi abidəsi qarşısında Respublika Gününü qeyd edən, Novxanıdakı aksiyalara yığışan insanların yüksək əhval-ruhiyyəsi və sayı hakimiyyətin buna müvəffəq olmayacağına inandırır", deyə Kərimli Facebook səhifəsində yazıb.
Turan
Müxalifət liderləri REAL fəallarının həbsini pisləyir

Oxşar xəbərlər