“İlqar Məmmədovun azadlığa çıxması REAL-a üzv olmaq istəyənlərin sayına təsir edib. Təqribən son 15 gündə REAL-ın tarixində görünməmiş sayda onlayn müraciətlər daxil olub”.
Bunu REAL Partiyasının icraçı katibi Natiq Cəfərli Modern.az saytına açıqlamasında deyib. O bildirib ki, hazırda partiyaya üzv olmaq istəyənlər var:
“Hətta müraciət sayının çoxluğu ilə bağlı saytımızda kiçik problem də yaşadıq, sonra onu həll etdik”.
N.Cəfərli qeyd edib ki, üzv olmaq üçün müraciət edənlər arasında hələki tanınmış şəxslər yoxdur:
“Partiyamıza üzv olmaq istəyənlər arasında ictimai-siyasi həyatda aktiv olan insanlar yoxdur. Əsasən müraciət edənlər gənclər, tələbələr, yaşı 30-a qədər olanlar, müxtəlif peşə sahibləri, kiçik biznesdə çalışan insanlardır.
Ümumiyyətlə, İlqar Məmmədov həbsdən azad olunan günə kimi REAL-ın 2300-dən çox rəsmi üzvü var idi. İndi yəqin ki, həmin rəqəm 4 minə yaxınlaşır”.
“İlqar Məmmədovun azadlığa çıxması REAL-a üzv olmaq istəyənlərin sayına təsir edib"

Oxşar xəbərlər