Azər Qasımlının həbs müddəti bitib

Respublikaçı Alternetiv (ReAl) Partiyasının Məclis üzvü Azər Qasımlının 30 günlük inzibati həbs müddəti bitib.
 
A.Qasımlı bu gün, iyunun 28-i səhər saatlarında evinə buraxılıb.
 
Bu barədə onun həyat yoldaşı Samirə Qasımova məlumat yayıb.
 
A.Qasımlı mayın 29-da saxlanılmışdı. O, Landau küçəsində inzibati xəta törətməkdə və onu intizama dəvət edən polis əməkdaşının qanuni əmrinə tabe olmamaqda günahlandırılaraq, 30 gün inzibati həbs cəzası almışdı.
 
Toplum.tv