İlqar Məmmədov ABŞ və Britaniya səfirləri ilə görüşüb

Avqustun 21-də ReAL Partiyasının sədri İlqar Məmmədov ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərində, avqustun 20-də isə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyində səfir və müvəqqəti işlər vəkillərilə görüşüb. 
 
"Amerikanın Səsi"-nin xəbərinə görə, ReAL Partiyasının Mətbuat Xidməti bu barədə məlumat yayıb.
 
"Avropa Məhkəməsi tərəfindən müdafiə olunan haqlarıma bu 5,5 il ərzində onların ifadə etdikləri və əməli dəstəyinə görə təşəkkürümü bildirdim. Bəzi digər dövlətlərin də təmsilçilərinə onların dayanışmasını yüksək dəyərləndirdiyimi yaxın günlərdə söyləməliyəm”, İlqar Məmmədov öz Facebook səhifəsində yazıb.