"Toplum TV"-nin həbsdə olan əməkdaşı Fərid İsmayılov təcridxanada aclıq aksiyasına başlayıb.
Bu barədə onun anası "Toplum TV"-yə məlumat verib. O bildirib ki, oğlu oktyabrın 6-dan etibarən aclıq edir.
F. İsmayılov telefon danışığında anasına bildirib ki, yan kamerada saxlanılan Seymur adlı məhbusun ölüm təhdidləri təcridxana rəhbərliyi tərəfindən etinasızlıqla qarşılanıb. Jurnalisti hədələyən məhbus qısa müddətə başqa kameraya köçürülsə də, daha sonra yenidən öz yerinə qaytarılıb. Bu dəfə isə Fərid İsmayılovun kamerası dəyişdirilib.
"Fəridi səkkiz nəfərlik, dolu kameraya aparıblar, yerə matras atıblar ki, burada yat. Onun ciyərlərində problem var, üstəlik istilik sistemi də işləmir. Buna etiraz olaraq o, yatmır, sadəcə yerdə oturur", – anası bildirib.
O əlavə edib ki, oğlunun qanında şəkər azlığı problemi var və aclıq zamanı bu hal daha da şiddətlənib, amma o, aksiyanı dayandırmaqdan imtina edib.
Fərid İsmayılov "Toplum TV işi" üzrə son məhkəmə prosesində də ölüm təhdidlərinə məruz qaldığını deyib və bunun təxribat olduğunu bildirib. O, təcridxana rəhbərliyindən məsələni araşdırmağı tələb edib.
F.İsmayılovun anasına Ədliyyə Nazirliyinin qaynar xətti və Ombudsman Aparatı tərəfindən müraciətin araşdırılacağı bildirilib.
Beynəlxalq mətbuat azadlığı təşkilatı Jurnalistləri Müdafiə Komitəsi (CPJ) də jurnalistə qarşı ölüm təhdidlərindən narahatlıq ifadə edib.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə qarşı cinayət işi açılıb. Onlar arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, həmtəsisçi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalistlər Fərid İsmayılov və Şahnaz Bəylərqızı da var.
İttihamlar əvvəlcə qaçaqmalçılıq maddəsi ilə irəli sürülsə də, sonradan ağırlaşdırılıb.
Təqsirləndirilən şəxslər ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduqlarını bildirirlər.
Fərid İsmayılov üç gündür aclıq aksiyası keçirir
"Toplum TV"-nin həbsdə olan əməkdaşı Fərid İsmayılov təcridxanada aclıq aksiyasına başlayıb.
Bu barədə onun anası "Toplum TV"-yə məlumat verib. O bildirib ki, oğlu oktyabrın 6-dan etibarən aclıq edir.
F. İsmayılov telefon danışığında anasına bildirib ki, yan kamerada saxlanılan Seymur adlı məhbusun ölüm təhdidləri təcridxana rəhbərliyi tərəfindən etinasızlıqla qarşılanıb. Jurnalisti hədələyən məhbus qısa müddətə başqa kameraya köçürülsə də, daha sonra yenidən öz yerinə qaytarılıb. Bu dəfə isə Fərid İsmayılovun kamerası dəyişdirilib.
"Fəridi səkkiz nəfərlik, dolu kameraya aparıblar, yerə matras atıblar ki, burada yat. Onun ciyərlərində problem var, üstəlik istilik sistemi də işləmir. Buna etiraz olaraq o, yatmır, sadəcə yerdə oturur", – anası bildirib.
O əlavə edib ki, oğlunun qanında şəkər azlığı problemi var və aclıq zamanı bu hal daha da şiddətlənib, amma o, aksiyanı dayandırmaqdan imtina edib.
Fərid İsmayılov "Toplum TV işi" üzrə son məhkəmə prosesində də ölüm təhdidlərinə məruz qaldığını deyib və bunun təxribat olduğunu bildirib. O, təcridxana rəhbərliyindən məsələni araşdırmağı tələb edib.
F.İsmayılovun anasına Ədliyyə Nazirliyinin qaynar xətti və Ombudsman Aparatı tərəfindən müraciətin araşdırılacağı bildirilib.
Beynəlxalq mətbuat azadlığı təşkilatı Jurnalistləri Müdafiə Komitəsi (CPJ) də jurnalistə qarşı ölüm təhdidlərindən narahatlıq ifadə edib.
“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə qarşı cinayət işi açılıb. Onlar arasında III Respublika Platformasının spikeri Akif Qurbanov, həmtəsisçi Ələsgər Məmmədli, videoredaktor Müşfiq Cabbar, jurnalistlər Fərid İsmayılov və Şahnaz Bəylərqızı da var.
İttihamlar əvvəlcə qaçaqmalçılıq maddəsi ilə irəli sürülsə də, sonradan ağırlaşdırılıb. Təqsirləndirilən şəxslər ittihamları rədd edir və siyasi sifarişlə həbs olunduqlarını bildirirlər.