Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə və Azərbaycandan gələn daha bir neçə şəxs Vaşinqtonda ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının üzvləri ilə görüşüblər.
QMİ mətbuat xidmətinin məlumatına görə, oktyabrın 7-də gerçəkləşən görüşdə Komissiya sədri Viki Hartsler Azərbaycanda bəzi
şiə məzhəbinin mənsublarına qarşı ayrıseçkiliklərin olması ilə bağlı məlumatlardan narahatlığını dilə gətirib.
QMİ isə məsələni inkar edərək bunun məzhəb amili ilə heç bir əlaqəsi olmadığını, din pərdəsi altında dövlətçiliyə qarşı konkret təhdid, çevriliş cəhdi və terror təbliğ edən ədəbiyyatların məhdudlaşdırıldığını söyləyib".
ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının sədr müavini Asif Mahmud isə Azərbaycanda "Dini etiqad azadlığı haqqında" qanunla bağlı iradlarını bildirib, bu qanunun beynəlxalq dini azadlıq standartları ilə uzlaşmayan məqamlarına, habelə dini ədəbiyyatın senzuraya məruz qalmasına toxunub.
Xatırlatma
ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) illik hesabatında deyilir ki, 2024-cü ildə Azərbaycanda dini etiqad azadlığı ilə bağlı vəziyyət pis olaraq qalıb, ötən il də ölkədə "şiə müsəlmanlar İranla əlaqələrdə ittiham olunaraq həbs ediliblər".
"Saxlanılanların bir çoxu narkotik ittihamı ilə üzləşib. Hökumətin illərdir bu vasitədən müxalifləri, xüsusən də din xadimlərini hədəf almaq üçün istifadə etdiyi bildirilir. Dindarlar hüquq-mühafizə orqanlarını işgəncə, fiziki zorakılıq və cinsi təhdidlərlə etiraflar almaqda ittiham ediblər", - sənəddə habelə yazılırdı.
Azərbaycan rəsmiləri isə bu hesabata, əsasən, tənqidi yanaşmışdılar.
Vaşinqton şiə məzhəb mənsublarına qarşı ayrıseçkiliklərin olması ilə bağlı məlumatlardan narahatlığını dilə gətirib