Ən təhlükəli məqam: cəmiyyətin iki yerə bölünməsi
Bu hadisənin sosial şəbəkələrdə doğurduğu reaksiya bəlkə də hadisənin özündən daha ciddi təhlükə yaradır. Bir tərəf deyir ki, “Ateist olduğu üçün döyülüb, deməli, dindarlar günahkardır”. Digər tərəf isə deyir: “İslamı təhqir edib, deməli, döyülməsi başadüşüləndir”. Bu iki mövqe də problemi həll etmir. Çünki birincisi bütün dindarları bir neçə şəxsin əməli ilə eyniləşdirir.
İkincisi isə zorakılığı dini müdafiə vasitəsinə çevirir. Hər iki halda cəmiyyətə eyni mesaj ötürülür ki, qarşı tərəfi susdurmaq olar. Bu isə son dərəcə təhlükəli presedentdir. Bu gün dini mübahisə, sabah isə siyasi mübahisə olacaq. Bir gün sonra milli məsələ, daha sonra məzhəb, dil, region, sosial təbəqə...
Əgər “mənim dəyərimə toxundu” arqumenti fiziki zorakılığa bəraət qazandırmağa başlayırsa, cəmiyyətdə hüququn yerini emosional hökm tutur. Hər kəs özünü hakim, prokuror və məhkəmə icraçısı elan edir. Belə düşüncə cəmiyyətin sabahını təhlükələrə ata bilər.
Sosial şəbəkələrin yaratdığı yeni təhlükə
TikTok və digər platformalar bir xüsusiyyəti ilə əvvəlki media mühitindən ciddi şəkildə fərqlənir. Burada ən çox arqument gətirən deyil, ən çox reaksiya yaradan məzmun daha sürətlə yayılır. Dini mövzu isə bunun üçün xüsusilə əlverişlidir. Çünki din insanın yalnız intellektual deyil, mənəvi və emosional dünyasına da toxunur.
Bu səbəbdən dini mövzuda bilərəkdən təxribat xarakterli ifadələr işlətmək çox asanlıqla real qarşıdurmaya çevrilə bilər. Eyni şəkildə dini hisslərə toxunan sözlərə qarşı aqressiyanı təbliğ etmək də təhlükəlidir.
Birinci halda təhqir normallaşır. İkinci halda zorakılıq. Və cəmiyyət bu iki təhlükənin arasında sıxılır. Əslində isə hər iki tərəfə eyni prinsip xatırladılmalıdır, sənin azadlığın mənim ləyaqətimi tapdalamaq üçün, mənim inancım isə sənin fiziki toxunulmazlığını pozmaq üçün bəhanə deyil.
Ardı var
Dini dəyərlər niyə hədəfə çevrilir? – Sosial şəbəkələrdə təhlükəli qarşıdurma 3-cü hissə