Bu yaxınlarda yayımlanan beynəlxalq hesabata əsasən, İsrail rejimi Livana qarşı son təcavüzü zamanı ağ fosfor tərkibli sursatlardan istifadə edib. Hesabatda qeyd olunur ki, bu fakt ölümcül silahların istifadəsini tənzimləyən və məhdudlaşdıran yeni beynəlxalq hüquqi normanın hazırlanmasına ehtiyacı daha da artırır.
"Nəzarətdən çıxan yanıqlar: ağ fosfor ehtiyatlarının qeyri-insani təsirləri və daha güclü hüquqi tənzimləmənin zəruriliyi" adlı 45 səhifəlik hesabat İnsan Hüquqları üzrə «Human Rights Watch» təşkilatı və Harvard Universitetinin Hüquq Məktəbinin «Beynəlxalq İnsan Hüquqları Klinikası» tərəfindən birgə hazırlanıb.
Hesabatda İsrailin 2026-cı ilin martından may ayınadək Livanın cənubunda ağ fosforlu silahlardan istifadəsinin təsdiqlənmiş 23 halı sənədləşdirilib.
İki beynəlxalq qurumun hesabatı: İsrail Livana hücumlarda 23 dəfə ağ fosfordan istifadə edib