Son günlər sosial şəbəkələrdə Qəbələdə “Çevik” ləqəbi ilə tanınan Məqsəd Bağırovun döyülməsi ətrafında yaranan müzakirə əslində bir nəfərin döyülməsi hadisəsindən daha böyük məsələni gündəmə gətirib. Söhbət təkcə ateist mövqedə olan bir şəxslə dindar insanlar arasındakı qarşıdurmadan getmir. Qarşımızda daha təhlükəli bir mənzərə var, cəmiyyət fikir ayrılıqlarını hansı vasitələrlə həll etməyə başlayır?
Yayılan məlumatlara görə, Bağırov dini və ateist mövzularında sosial şəbəkələrdə çıxış edən şəxsdir və onun döyülməsinin dini motivli olduğu iddia edilir. Lakin hadisənin motivinin hüquq-mühafizə orqanları tərəfindən yekun şəkildə müəyyənləşdirilməsi vacibdir. Bu səbəbdən indidən kiminsə hüquqi baxımdan təqsirli elan edilməsi düzgün olmaz. Ancaq bir prinsip indidən tam aydındır, heç bir dini, ideoloji və ya dünyagörüşü fərqi fiziki zorakılığa haqq qazandıra bilməz. Bu məsələni müdafiə etmək üçün ateist olmaq lazım deyil.
Eyni zamanda, başqa bir prinsip də unudulmamalıdır. Müsəlman olmaq, İslamı sevmək və dini dəyərlərə bağlı yaşamaq da insanın təhqir olunmaq, məsxərəyə qoyulmaq və kollektiv şəkildə hədəfə alınmaq hüququnu başqalarına vermir. Məhz mübahisənin ən vacib nöqtəsi buradadır.
Problem ateizmdə deyil, dözümsüzlükdədir
Ateizm insanın dini inancı qəbul etməməsi mövqeyidir. Azərbaycan Konstitusiyası da insanın heç bir dinə etiqad etməmək hüququnu açıq şəkildə tanıyır. Konstitusiyanın 48-ci maddəsində hər kəsin öz dinə münasibətini sərbəst müəyyənləşdirmək, istənilən dinə inanmaq və ya heç bir dinə inanmamaq hüququ təsbit edilir. Deməli, bir insanın “mən ateistəm” deməsi hüquqi baxımdan problem deyil. Amma ateizm başqa şeydir, dindarlara qarşı düşmənçilik başqa.
Dinə inanan insanın hərəkətlərinə qiymət verirb, onun neqativ davranışlarını tənqid etmək mümkündür. Dini fəlsəfi, tarixi və teoloji baxımdan sorğulamaq mümkündür. İslamın müəyyən müddəaları ilə razılaşmamaq mümkündür. Hətta insan “Allah yoxdur” fikrini də müdafiə edə bilər.
Ancaq burada çox incə, lakin prinsipial bir sərhəd başlayır. Fikir tənqidi ilə insan qrupunun alçaldılması eyni şey deyil.
Məsələn, İslamın tarixi, teologiyası, mətnləri və ya ayrı-ayrı dini praktikalar barədə mübahisə aparmaq başqa şeydir, müsəlmanları inandıqları üçün məsxərəyə qoymaq, onları aşağı sosial kateqoriya kimi təqdim etmək və dini mənsubiyyətlərini təhqir obyektinə çevirmək isə normal davranış deyil.
Avropa Şurasının İrqçiliyə və Dözümsüzlüyə qarşı Komissiyası (ECRI) müsəlmanlara və müsəlman kimi qəbul edilən şəxslərə qarşı nifrət və ayrı-seçkiliyi “anti-Muslim racism and discrimination” (Müsəlmanlara qarşı irqçilik və ayrı-seçkilik) çərçivəsində nəzərdən keçirir. ECRI həmçinin dini zəmində alçaltma, nifrət, mənfi stereotipləşdirmə və zorakılığa təşviqi nifrət nitqinin müxtəlif formaları sırasında göstərir.
Bu baxımdan “İslamı tənqid edirəm” ifadəsi avtomatik olaraq islamofobiyanı istisna etmir, necə ki, İslam haqqında tənqidi fikir söyləmək avtomatik olaraq islamofobiya demək deyil. Həlledici məsələ hədəfin nə olmasıdır: dini ideya, yoxsa həmin dinə mənsub insanlar?
Ardı var
Dini dəyərlər niyə hədəfə çevrilir? – Sosial şəbəkələrdə təhlükəli qarşıdurma 1-ci hissə