Paşinyan Türkiyə hökumətinə barışıq təklif etdi

Ermənistanda Sarkisyan hökumətini devirərək baş nazir olan Nikol Paşinyan Türkiyəyə müraciət ünvanlayıb. Paşinyan Qətərin "Əl-Cəzirə" telekanalına müsahibəsində rəsmi Ankaradan ilkin şərtsiz diplomatik əlaqələri bərpa etməyi istəyib.
 
"Türkiyə Ermənistanla sərhədlərini bağlayan tərəfdir. Sərhədin Ermənistan tərəfi daima açıqdır. Ermənistan Türkiyəylə ilkin şərtsiz diplomatik əlaqələri qurmağa hazırdır. Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək arzumuzdur. Müzakirələr üçün hazırıq. Ancaq təzyiq atmosferində heç bir addım atmayacağımızı israrla təkrarlayıram. Sülh atmosferi yaratmaq lazımdır",-deyə Ermənistanın hökumət rəhbəri əlavə edib.