Pakistanda bombalı hücum gerçəkləşib

Pakistanın şiələr yaşayan Xeybər Paxtunxva əyalətində yol kənarına yerləşdirilmiş partlayıcı ilə həyata keçirilən hücumda keçmiş senator Hidayətullah Xan da daxil olmaqla 3 nəfər həyatını itirib.

Dawn-ın məlumatına görə, polis rəsmisi Məhəmməd Əli Xan Qandapur verdiyi açıqlamada partlayışın Xeybər Paxtunxvanın Bacaur bölgəsində baş verdiyini bildirib.

Qandapur bildirib ki, yol kənarına qoyulmuş bomba keçmiş senator Hidayətullah Xanın avtomobili keçərkən partladılıb.

Partlayışda Xandan başqa daha 2 nəfərin öldüyünü bildirən Qandapur, hadisə nəticəsində 2 nəfərin yaralandığını bildirib.

Qandapur bildirib ki, hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib və hadisə ilə bağlı araşdırma başlayıb.