Eurostat Türkiyənin son 4 ildə ilk dəfə İrandan neft idxal etdiyini açıqlayıb.
Avropa Statistika İdarəsinin (Eurostat) açıqladığı statistika göstərir ki, Avropa İttifaqının iki rəsmi üzvü 2024-cü ildə İrandan neft idxal edib.
Avropa İttifaqının İran neftinə tətbiq etdiyi embarqoya baxmayaraq, bu birliyin iki rəsmi üzvü Bolqarıstan və Polşa 2024-cü ilin birinci rübündə İrandan neft idxal edib.
Bolqarıstan İrandan 314 ton neft və ya neft məhsulları idxal edib. Bu rəqəm ötən ilin birinci rübündə 147 ton idxalla müqayisədə 113 faiz artım göstərir. Bolqarıstan 2023-cü ilin yanvar-mart aylarında İrandan 147 ton neft və ya neft məhsulları idxal edib.
Polşa son iki ildə ilk dəfə olaraq 2024-cü ilin martında İrandan 19 ton neft və ya neft məhsulları idxal edib.
Eurostatın statistikası da göstərir ki, Gürcüstan Avropa İttifaqının müşahidəçi üzvü kimi bu ilin birinci rübündə İrandan 544 ton neft və ya neft məhsulları idxal edib. Ötən ilin birinci rübündə Gürcüstanın İrandan neft idxalı 974 ton olub.
Bu statistikaya görə, Türkiyə son 4 ildə ilk dəfə olaraq İrandan neft və ya neft məhsulları idxal edib.
Türkiyə bu ilin mart ayında İrandan ümumilikdə 1060 ton, martda 576 ton, apreldə isə 485 ton neft və ya neft məhsulları alıb. Bu ölkə İrandan nefti sonuncu dəfə 2020-ci ilin avqustunda göndərib.
Türkiyə 4 ildən sonra İrandan neft idxal edib