Bağdad Suriya və Türkiyə arasında ikitərəfli münasibətlərin normallaşdırılması məqsədilə danışıqların keçiriləcəyi məkana çevriləcək.
Bu barədə Dəməşqdəki hökumət mənbəsi tərəflərin danışıqlara başladığı tarixi açıqlamadan Əl Vətən qəzetinə məlumat verib.
Məlumata görə, qarşıdan gələn Suriya-Türkiyə görüşü uzun danışıqlar prosesinin başlanğıcı olacaq və bunun siyasi anlaşmaya və sərhədyanı ərazilərdə vəziyyətlə bağlı razılaşmalara gətirib çıxaracağı gözlənilir.
Nəşrin qeyd etdiyi kimi, Türkiyə tərəfi Moskva və Bağdaddan “ikitərəfli dialoqun aparılacağı masada mediadan uzaqda iştirak etməyi” xahiş edib. Tərəflər iki qonşu arasında münasibətləri normala, əvvəlki səviyyəyə qaytarmaq üçün bütün detalları müzakirə etməli olacaqlar.
KİV: Suriya və Türkiyə münasibətləri yaxşılaşdırmaq üçün Bağdadda dialoqa başlayacaq