İranda prezident seçkilərinin ikinci turu başlayıb, Ayətullah Xamenei səs vermədə iştirak edib

İranda mayın 19-da helekopter qəzasında dünyasını dəyişən prezident Rəisinin ölümündən sonra növbədənkənar prezident seçkilərinin ikinci turu başlayıb.

Seçkilərin ikinci turunda mühafizəkar namizəd Səid Cəlili və islahatçı namizəd Məsud Pezeşkian mübarizə aparır.

Son məlumata görə, İranın Ali Rəhbəri Seyid Əli Xamenei prezident seçkilərinin ikinci turunda səs verib.

Qeyd edək ki, birinci turda 42,6 faiz səslə Məsud Pezeşkian liderlik edib.