Qarabağ Qazisi, Müsəlman Birliyi Hərəkatının üzvü Alik Aslanov bu gün (29 iyun) günorta radələrində azadlığa buraxılıb. O, cəza müddətini bitirərək saxlanıldığı 1 saylı İstintaq Təcridxanasından azadlığa buraxılıb.
Siyasi məhbus Alik Aslanov 2023-cü ilin 29 aprelində saxlanılmış və barəsində saxta narkotik ittihamı irəli sürülmüşdü. Bütün istintaq dövründə o, haqqında qeyd edilən ittihamı rədd edərək həbsinin ölkədə anti İslam layihəsi çərçivəsində icra edildiyinə diqqət çəkmişdi.
Bütün bunlara baxmayaraq Bakı Ağır Cinayətlər Məhkəməsi 2024-cü il martın 13-də Alik Aslanovu müqəssir bilərək, onu 1 il 6 ay müddətinə azadlıqdan məhrum etdi. İnanclının Apellyasiya məhkəməsinə etdiyi müraciət isə onun cəza müddətini 3 ay azaltdı. İyunun 29-da cəza müddəti bitən Alik Aslanov yenidən haqqı olan azadlığa qayıtdı.
Alik Aslanov azadlığa çıxıb