Kremldən niqab qadağaları ilə bağlı açıqlama

Rusiyada niqab taxmağın qadağan olunması ilə bağlı Kremldə müzakirələr aparılmır.

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov məlumat verib.

Niqab üzü örtən, gözlər üçün dar yarığı olan ənənəvi qadın baş geyimidir.

Qeyd edək ki, Rusiyanın iki respublikasında - Dağıstan və Qaraçay-Çərkəzdə niqab taxmaq qadağan olunub.