Siyasi məhbus Pentensiar Xidmətin Müalicə Mərkəzində ölümə tərk edilib
Narkotik ittihamı ilə şərlənib həbs edilən siyasi məhbus Nicat Niyazi oğlu Cəfərov onkoloji xəstəlikdən (qalxanabənzər vəzinin bədxassəli törəməsi) əziyyət çəkir. O, həbsindən öncə iki dəfə, 2018 və 2020-ci illərdə onkoloji xəstəlikdən əməliyyat olunub. Hər iki əməliyyatdan sonra kimyaterapiya qəbul edib.
İyunun 14-də Pentensiar Xidmətin Müalicə Mərkəzinə köçürülən Nicat Cəfərov ailəsinə bildirib ki, bu günə qədər onunla maraqlanan olmayıb:
“Səhhətim getdikcə pisləşir. Bu xəstəlik vaxtında müalicə olunmayanda ağırlaşır və ölümə səbəb olur. Dəfələrlə burda rəhbərliyə desəm də, mənim müalicəmlə maraqlanan olmayıb.”
Məsələ ilə bağlı Pentensiar Xidmətin mətbuat xidmətinə müraciət etsək də, sorğumuz cavablandırılmadı.
Qeyd edək ki, Nicat Cəfərovu 12 may 2023-cü ildə doğulduğu Ağcabədi rayon Hindarx kəndində Ağcabədi rayon pilis İdarəsinin əməkdaşları qaçırıblar:
Həyat yoldaşı Səkinə Cəfərova həmin günü belə xatırlayır:
“Həkimə gedirdik. Maşında uşağımız və atam da vardı. Qəfil polis maşınları hər tərəfdən yolumuzu kəsdilər. Nicat maşını saxlayan kimi onu dartışdırıb öz maşınlarına mindirib apardılar.”
İstintaq materiallarında isə polislərin Nicat Cəfərovu Hindarx kəndinin qəbiristanlığının yaxınlığından tutduqları yazılıb. Digər inanclı məhbusların istintaq materialındakı o məşhur cümlə burda da təkrarlabnıb: “sol cibindən narkotik tapılıb."
Onkoloji xəstəlikdən əziyyət çəkən Nicat Cəfərovun cibindən sol cibindən 8.814 qram heroin tapıldığını iddia edən Ağcabədi Rayon Polis İdarəsinin əməkdaşları ailəyə and-aman ediblər ki, bizlik bir şey yoxdur, Nicatın həbs sifarişi Bakıdan-yuxarıdan gəlib. Ona CM-nin 234.4.3 maddəsi ilə cinayət işi açılıb.
Nicat Cəfərov Lənkəran Ağır Cinayətlər Məhkəməsində, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə (16 oktyabr 2023) 5 il müddətinə azadlıqdan məhrum edilib.
Onkoloji xəstə olan inanclı məhbusu müalicə etmirlər