Netanyahunun ABŞ səfirliyindəki tədbirdə iştirak etməməsinə səbəb kimi HƏMAS ilə davam edən müharibə göstərilib.
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın İsraildəki səfirliyində Amerika Birləşmiş Ştatlarının (ABŞ) Müstəqillik Günü münasibətilə keçiriləcək bayram tədbirində iştirak etməyəcək.
“The Jerusalem Post” qəzetinin məlumatına görə, baş nazirin ofisi bəyanat yayıb: “İsrail müharibədədir və baş nazir onu idarə etməklə məşğuldur”.
Ofisdən verilən açıqlamada Netanyahunun İsrailin Müstəqillik Günü və Qüds Günü mərasimlərinə qatıla bilməyəcəyi xatırladılıb və baş nazirin ABŞ-ın evində Amerika Müstəqillik Günü qeyd etmələrinə qatılmamağı məqsədəuyğun hesab etdiyi bildirilib.
İsrailin xarici işlər naziri İsrael Katsın dəvətə qatılacağı gözlənilir.
Netanyahuya yaxın mənbələrdən biri Netanyahunun ABŞ Səfirliyindəki ziyafətə qatılmama qərarının ABŞ-ın Co Bayden administrasiyası ilə yaşanan gərginliklə bağlı olduğu barədə xəbərləri “cəfəngiyyat” adlandırıb.
2023-cü ildə Qüdsdəki İsrail Muzeyində keçirilən Müstəqillik Günü tədbirinə qatılan Netanyahu Amerika-İsrail əlaqələrinin gücündən bəhs edib.
ABŞ müstəqilliyinin 248-ci ildönümünü qeyd edir. 4 iyul 1776-cı ildə elan edilən İstiqlal Bəyannaməsi ilə 13 koloniya Britaniya İmperiyasının tərkibində olmaqdan çıxdı və müstəqil federal dövlət olub.
1783-cü ilə qədər davam edən Amerika Müstəqillik Müharibəsi də Amerika İnqilabı sayılır.
ABŞ bayrağındakı 13 zolaq müstəqillik elan etmiş 13 koloniyanı təmsil edir. Bayraqdakı 50 ulduz ABŞ-ın 50 ştatını simvolizə edir.
4 iyul bütün ABŞ-da rəsmi federal bayram sayılır.
İsrailin baş naziri Netanyahu ABŞ-ın Müstəqillik Günü tədbirinə qatılmayacaq