Fazil Qasımov 19 gündür ki, təcridxanasında aclıq edir
İstanbul Universitetinin doktorantı, iqtisadçı-alim, həbsdə olan Fazil Qasımov 19 gündür ki, 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq edir.
Operativtv.com AzadBaki-ya istinadən xəbər verir ki, bu barədə onun qardaşı Nazim Qasımov bildirib. Dünən axşam o, qardaşı ilə telefonla danışıb.
"Qardaşımın vəziyyəti çox ağırdır. Aclıq etməsinə baxmayaraq, onu ümumi kamerada saxlayırlar. Ancaq tibbi nəzarət var. Həkimlər vaxtaşırı təzyiqini ölçürlər. Dünən təzyiqi 70 /50 olub. Fazilin səhhəti zəifləyib. Səsi çox yavaş gəlirdi. Təcridxanaya girəndə 80 kiloqram idi. Hazırda 60 kiloqramdır", - Nazim Qasımov deyib.
Onun sözlərinə görə, Fazil Qasımov dərman və qida maddələrindən imtina edir. "Mən israrla Fazildən aclığı dayandırmasını xahiş etdim. Ancaq o, yola gələn deyil. Aclığı sona qədər davam etdirmək niyyətindədir", - Nazim Qasımov deyib.
Fazil Qasımovun vəkili Rövşanə Rəhimov bildirib ki, müdafiə tərəfi iqtisadçının ev dustaqlığına buraxılmasından imtina edilməsindən apellyasiya şikayəti verib.
İstanbul Universitetinin doktorantı, iqtisadçı-alim Fazil Qasımov ötən ilin avqustunda Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. O, saxta pul hazırlamaqda ittiham olunub. O zaman hakimiyyətyönlü KİV bildirmişdi ki, onun həbsi müxalifətçi siyasətçi Qubad İbadoğlunun (oxşar ittiham irəli sürülüb) işilə əlaqədardır.