Türkiyə üçün ən böyük təhlükə ABŞ, ən yaxşı dost Azərbaycandır. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Kadir Has Universitesinin «Türkiyənin Xarici Siyasətində İctimai Fikir» araşdırmasının yekunundan məlum olub.
Hesabatda deyilir ki, 2016-cı ildə sorğuda iştirak edənlərin 44.1 faizi ABŞ-ı ən böyük təhlükə kimi qiymətləndirərkən, cari ildə bu göstərici 81,3 faizə yüksəlib.
Siyahını uyğun sıra ilə İsrail (70,8%), Fransa (65% ) və İngiltərə (52,8%) davam edir. Bundan başqa anketdə iştirak edənlərin 44,2 faizi Rusiyanı, 41 faizi isə Çini təhlükə kimi qiymətləndirib.
Sorğunun nəticələrinə görə Azərbaycan 65,3 faiz səslə Türkiyənin ən böyük dostu kimi qəbul edilib. Bundan sonra siyahını 61,5 faiz səslə Türkmənistan və 59,8 faiz səslə Şimali Kipr davam edir.
Araşdırmaya qatılanların 44,5 faizi Azərbaycanla əməkdaşlığın tərəfdarı olub. Bundan başqa 41,2 faiz iştirakçı türk dövlətlərlə, 19,2 faizi müsəlman ölkələrlə, 15,7 faizi NATO, 12,9 faizi isə Rusiya ilə əməkdaşlığı dəstəkləyib.
Qeyd edək ki, sorğu 26 əyalətdə keçirilib.
Türkiyə üçün ən böyük təhlükə ABŞ, ən yaxşı dost Azərbaycandır

Oxşar xəbərlər