Növbəti illərdə qazanılacaq təcrübə hələ müstəqilliyin ilk illərində təkcə siyasi böhran deyil, iqtisadi çatışmamazlıqlar məngənəsində sıxılan ölkənin dərd yükünə bir də müharibəni əlavə etdi. Az qala hər gün alınan acı müharibə xəbərləri ruhu yardımçı, dəstək axtarışında olan siyasiləri müxtəlif istiqamətli fəallara çevirdi.
Bir çox dünya ölkələri son ümid çırağı olaraq Azərbaycanın yanında durmaq istəyi olan dövlət axtarışına çıxdı. Bu gün də bəzən arxiv materiallarında yer alan video çıxışlar o dövr üçün üz tutulan dövlətlərin təkcə sırasını göstərmirdi, eyni halda himayə xəyallarını da özündə əks etdirirdi.
Məhz parlaq, güclü, yenilməz, meqa güclər axtarışı bizi bir çox ölkələrlə gizli sövdələşməyə qədər aparıb çıxardı. Nəticə müstəqilliyin itirilmə təhlükəsindən yayınmaq, eyni halda dəstək dövlətin himayəsini qazanmaq idi.
Hərdən fərqli çıxışlar nümayiş etdirən bəzi depudatların Milli Məclis haqqında izah etdiyi “qruplaşmalar” ifadəsi o dövrün törəməsi sayıla bilər. Axtarışlar artıq formalaşan böyük dövlətləri bizim siyasi marağımıza deyil, onların istəyindən doğan diktəyə əsaslanaraq qismən himayəni Azərbaycan üzərinə çəkən dövlətlərin parlaq simaları çox keçmədi ki, özünü müxtəlif formada nümayiş etdirməyə başladı.
Hərdən təəccüblə Azərbaycanda on illərlə yaşayan rus millətinə məxsus şəxslər təəccüb yaratmaya bilmir. Körpəlikdən burada olub ahıl yaşına gəlməsinə baxmayaraq onlardan çox cüzisini tapmaq olar ki, Azərbaycan dilini öyrənsin. İllər ötməsi və ölkəmizin müstəqil olması onun öz dilinə, dəyərinə sədaqətini dəyişmir. Əksi də diqqətdən yayınmır. Az bir müddət Türkiyə və Rusiyaya səfər edib orada yaşayan azərbaycanlıların nitqində dəhşət yaradan dəyişiklik həmən özünəgüvənsizlik və kimə isə bənzəmə, başqasının qanadı altında olma hissinin təzahürüdür. Dəyişməyən, dil və dininə sadiq qalmaq isə milli düşüncəsinin mətanəti, xalqın suveren, azad və heç bir millətlə müqayisə olunmadan qüdrətini göstərən əsas amildir.
Beləcə bu təsirlər heç şübhəsiz təmsil edilən dövlətin maraqlarına müvafiq qurularaq ilk öncə hiss olunmadan təsiri mədəniyyətlə xalqımıza aşılayacaq konsepsiya üzərində çalışır. Bunun üçün musiqilərdən filmlərə, geyimlərdən, ev dizaynı, gündəlik həyat tərzinə qədər bütün sahələrin təsirlənməsi xəfifcə planını icra edir. Bunları qəbul etməyənlərin gerilikçi, müasirlikdən kənar, düşüncə zəifliyi kimi maraqlı ifadələrlə məcburi qəbul edilməli qeyri rəsmi addım, əslində rəsmi olaraq həyata keçirdi.
Əlbəttə, şübhəsiz bu işin xarici tərəfi olduğu kimi daxili aşılamalar da medianın böyük südgəzindən çəkilərək xalqın şüuraltı beyninə yeridilməyə davam edir. Birmənalıdır ki, biz Avropaya keçidlə "firavan, böhranı sona çatdıra bilərik" fikri orta yaşlı azərbaycanlı üçün çox da qəribə səslənməməlidir. Keçidi yaşadıqca vətəndaşın anladığı bu olur ki, o, sadəcə qabardılan illuziyanın qurbanıdır. Əslində o, heç hara keçmir. Nümunə gösrətilən dəyərlərinə inamsızlıq yaşayan siyasi kursun gəldiyi elə uğursuzluq da nəticə olaraq ona məcbur edilir.
Bu bütün sındırılması xalq və hakimiyyətin birinin digərinə inanması ilə uğurlu sonluq yaşaya bilərdi ki, buna da artıq ölkə üçün gücə çevrilən təsir elementləri qırmızı işıq yandırırdı. Heç bir vəchlə xalq və dövlət birliyi baş verə bilməzdi. Çünki bu milli dəyərlərin qaydışı demək idi ki, belə olan halda onlar lazımsız əskiyə çevriləcəkdilər.
Nəticə etibari ilə hətrərəfli ümidsizlik, asılı vəziyyət yaratmaq və hansısa gücün yanında olmaqla mümkün olmaq düşüncəsi zatən on illiklər üzərində böyük qardaş görməyə alışan, təsir qəbul edən sistem üçün tabe olacaq tək bir yol kimi görünürdü.
Müstəqillik düşüncəsinin həqiqəti 2-ci hissə