Türkiyə-İran sərhədində atışma baş verib - Ölən var

Türkiyənin Van vilayətində, İranla sərhəddə atışma baş verib.
 
PKK terror təşkilatı kimi tanınan mənsubları Türkiyə Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub.
 
Hadisə nəticəsində bir türk hərbçisi həlak olub, daha iki nəfər isə yaralanıb.
 
Hücumdan sonra Türkiyənin ordu qüvvələri silahlıların zərərsizləşdirilməsi üçün əməliyyata başlayıb.