Müstəqillik düşüncəsinin həqiqəti 5-ci, sonuncu hissə

Bir xalq öz dəyərləri, müqəddəs saydığı və əsirlərin südgəcindən keçən praktiki özəllikləri ilə tanınır, qorunur və inkişaf edir. Ona dünyaya açıq hər növ düşüncələrlə əhatələnən sabah təqdim edilsə də, öz dəyərləri və dəyərliləri dominantlıq təşkil edib qorunmazsa çox az müddətdən sonra o xalqın dəyər olaraq kimliyini qoruma imkanı olmadığından dəyişiklər, kənar təsirlər müqabilində dözüm göstərə bilməyib təslimiyyət bayrağını qaldıracaq. Kənar təsirlərin böyük bir qalaya vurduğu zərbələrin çoxluğu onun çökmə amili kimi dövlətin də ən ali dəyəri olaraq müstəqilliyini sual altına çəkəcək. Bunu vaxtında anlayan idioloji müdafiə sistemi qurulmazsa çox uzaq görünən təhlükə çox sürətlə başımız üzərini ala bilər. 

Unutmayaq ki, praktiki olaraq bir dəfə yaşadığımız acının bir millət olaraq dəyərlərimizə vurduğu zərbənin təsirini hələ də aradan qaldıra bilməmişik. Növbəti təhlükə isə daha acı nəticələrə gətirib çıxara bilər.

Xaql milli, mənəvi, əxlaqi, eyni halda qəhrəmanları, fatehləri, şair və yazıçıları, bir sözlə dəyərlərin qorunmasında müstəsna rola malik insan resursunda müdafiə sisteminin möhkəmlənməsi, millətin dövlətçiliyi ətrafinda xalq ola biləcəyi aksiomadır. Bunu başa düşmək qədər onun tətbiqində də xüsusi bir diqqət hər vətəndaşın üzərinə düşən vəzifədir.

Unutmayaq ki, dövlətin formalaşmasında hər bir fərdin təkcə rolu deyil, bir o qədər də məsuliyyəti vardır. Hakimiyyətlər zamanla idarəçilik kürsüsünə rəhbərlik edib və zamanla da bu kürsünü boşaldıb gedəcəklər. Lakin Azərbaycan adlı dövlət bu xalqın irsi olaraq yaşayacaq və yaşamağa layiqdirdə. Onun üzərində üç rəngli bayrağının dalğalanması, sərhədlərinin müəyyən və azad olaraq mövcudluğu hər bir fərdimiz üzərində daşıdığımız vətən borcumuzdur. Diqqətli olmalıyıq ki, bu missiya hansısa yad təsirlərin, yanlış düşüncələrin qurbanı olmasın.

Yüz ildən artıq bir zamanı geridə qoyduğumuz müstəqilliyimiz qorunmalı, bir kərə yüksələn bayrağın heç zaman enməməsi üçün hər bir fərdimiz ayıq-sayıq olmalıyıq. Bunu bizdən ana vətənimiz Azərbaycan tələb edir!

 

 

Müsəlman Birliyi Hərəkatı