İyulun 4-də Lənkəran Ağır Cinayətlər Məhkəməsi Müsəlman Birliyi Hərəkatının (MBH) üzvü Mirsultan Bağırova hökm oxuyub. Məhkəmə onun barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxılıb.
Hakim Cavid Səfərli dövlət ittihamçısının müttəhim barəsində istədiyi 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasını, eyni halda müdafiə tərəfin təqdim etdiyi sübutların nəzərə alınması ilə son qərarı elan edib. O, işinin 234.4.3-cü maddəyə uyğun dəlil sübutların olmaması səbəbindən maddəni 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək onu 3 il müddətinə azadlıqdan məhrum edib.
Xatırladaq ki, MBH üzvü Mirsultan Bağırov Əlimir oğlu 2024-cü il 11 yanvar tarixində saxlanılıb. Ölkədə geniş həbs dalğasının gerçəkləşməsi öz günahsız qurbanları sırasına Mirsultan Bağırovu da daxil edib. Hələ də davam edən həbslər, günahsız inanclıların “təmizlənməsini” həyata keçirir ki, bu sırada MBH üzvlərinin sayı artıq 73-ə yüksəlib.
MBH üzvü Mirsultan Bağırov 3 il müddətinə azadlıqdan məhrum edilib