Malayziyanın Baş naziri Ənvər İbrahim İsrailin hücumlarına məruz qalan Qəzzaya sülhməramlılar göndərməyə hazır olduqlarını bəyan edib.
Rəsmi internet səhifəsində paylaşım edən Ənvər İbrahim İndoneziya Prezidenti Prabovo Subianto ilə telefon əlaqəsi saxladığını bildirib.
Prabovo Subianto ilə Fələstinə edilən hücumları müzakirə etdiklərini qeyd edən Malayziya Baş naziri Birləşmiş Millətlər Təşkilatının (BMT) tələb edəcəyi təqdirdə İndoneziya ilə əməkdaşlıq çərçivəsində Qəzzaya sülhməramlılar göndərməyə hazır olduqlarını açıqlayıb.
Ə. İbrahim bildirib ki, söhbət zamanı həmçinin beynəlxalq səviyyədə və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələsi müzakirə olunub.
Qeyd edək ki, iyunun əvvəlində açıqlama verən Prabovo Subianto Qəzzada atəşkəsin təmin edilməsi üçün bölgəyə sülhməramlılar göndərməyə hazır olduqlarını bildirmişdi.
Malaziya Qəzzaya sülhməramlılar göndərməyə hazır olduğunu açıqlayıb