Türkiyə, Rusiya və İran prezidentləri görüşəcək

Türkiyə, Rusiya və İran prezidentlər arasında görüş keçiriləcək.
 
Bu barədə APA xəbər verib.
 
Görüş sentyabrın 16-da Ankarada keçiriləcək.
 
Baş tutacaq görüşdə Suriya böhranı müzakirə olunacaq. Zirvə görüşündə Suriyanın İdlib, Menbiç bölgələrində, Fərat çayının cənubunda gedən proseslərlə bağlı fikir mübadiləsi aparılacaq. 
 
Ərdoğan daha sonra Rusiya və İran prezidentləri ilə ikitərəfli görüşlər keçirəcək. 
 
Görüşlərdən sonra mətbuat konfransı təşkil olunacaq.
 
Yaxın zamanlarda İstanbulda Türkiyə, Rusiya, Fransa və Almaniya dövlət başçılarının iştirakı ilə daha bir sammit keçirilməsi planlaşdırılır.