Şəhid Baqir Sədrin qatili 33 il sonra yaxalandı

Səddam Hüseynin dövründə İraq 5-ci İdarənin rəisi, həmçinin bir dövr Bəsrə Təhlükəsizlik Rəisi olmuş Saadun Sabri İraqın güc strukturları tərəfindən 33 il sonra həbs olunub.

Shafaqna İraqın məlumatına görə, o minlərlə insanın həbs, edam və işkəncə edilməsində şəxsən iştirak edib və ya əmr verib.

33 il gizlənməyə müvəffəq olan Sabri bu yaxınlarda Kürdüstanda İraqın güc strukturları tərəfindən yaxalanıb.

Qeyd edək ki, Saadun Sabri Ayətullah Məhəmməd Baqir və bacısı Bintul Hudanın edam yolu ilə qətlə yetirməsini etiraf edib.