Zamanla 2 saylı cəzaçəkmə müəssisəsində məmur özbaşnalığı ilə bağlı yaşananlar barəsində xəbər vermişik. Ölkədə məmurların qanunazidd davranış faktları o qədər geniş hal alıb ki, artıq bu tip məsələlər heç kəsdə təəcüb doğurmur. Xüsusi olaraq penitensiar xidmətin qapalı müəssisələrdə zatən məhbus olaraq məhrumiyyətdə olanlarla qeyri-insani davranışları isə sözün əsil mənasında acı doğurur.
Penitensiar xidmətin rəsmi orqanlarına şikayətlər isə qulaq ardına vurularaq heç bir nəticə əldə olunmadan qapadılır. Siyasi məhbus Razi Hümbətovu aclıq aksiyasına başlamağa məcbur edən səbəb də çoxsaylı şikayətlərinin baxılmadan qalmasıdır. Ötən ildən atasına etibarnamə verməyə çalışan MBH üzvü həbsxana rəhbərliyi tərəfindən müxtəlif bəhanələrlə hər zaman rədd edilib. Ailə üçün zəruri olan etibarnamə bu gün anası ağır yataq xəstəsi olan Razinin bəzi ailə məsrəflərinə də yardım göstərə bilər.
Lakin müəssisə rəhbərliyi olduqca gülünc və məntiqsiz səbəblər uyduraraq sənəd işinin verilməsini yubatmaqda davam edir. İş o yerə gəlib ki, bir neçə gün öncə rəhbərliklə görüşən Razi Hümbətov işi ilə bağlı məsələnin həllini tapmayacağı halda aclığa başlayacağını deyəndə rəhbərlik buna əhəmiyyət vermədən “Get əlindən gələni et” deyərək onun hüquqi haqqı olan sənədi ona verməkdən imtina edib.
Razi Hümbətov bu səhərdən müəssisədə olan özbaşnalıqlar başda olmaqla ona qarşı qaanunazidd davranışlar səbəbindən aclıq aksiyasına başlayıb. Bu barədə Hümbətov müəssisə rəhbərliyini yazılı xəbərdar da edib. Ailə isə Razinin aclığı ilə bağlı məsələni əlaqədar təşkilatlara çatdıraraq onlardan məsələni diqqətdə saxlamalarını xahiş edib.
2 saylı müəssisədə rəhbərliyin yəqin ki, məmur dəstəyinə arxalanan addımları bir çox qanunsuz davranışları ilə həmişə diqqət çəkib. İnanclı məhbusları elə həbsxanaya ayaq qoyar qoymaz karserlərə salmaq, onları təkadamlı otaqlarda aylarla saxlamaq yumşaq formada deyilərsə heç bir qanun çevirməyən aşkar özbaşnalıqlar sırasındadır. Rüşvət tələbi, satılan məhbus yataqlarından zorla alınan sovqat paylarına, azadlığa çıxmaq üçün məhbuslardan hər ay üçün tələb edilən pullar, məhkəmə qiymətlərinin fantastik sistemi isə kütlə baxışından gizlin qalan, həqiqətdə isə geniş karrupsiya faktları siyahısındadır.
Siyasi məhbus Razi Hümbətov aclıq aksiyasına başlayıb