Türk hərbçilərinə qarşı terror: Ölən və yaralılar var

Hazırda Türkiyə ordusu bölgədə əməliyyatlar həyata keçirir

Türkiyənin Hakkari bölgəsində PKK yaraqlıları hərbi maşına hücum təşkil edib. Bu barədə Sputnik Türkiyə ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verir.

PKK yaraqlılarının uzaq məsafədən həyata keçirdiyi hücum nəticəsində iki türk əsgəri şəhid olub, biri isə yaralanıb. Hazırda Türkiyə ordusu bölgədə əməliyyatlar həyata keçirir.

Türkiyə Müdafiə Nazirliyi ölən hərbçilərin ailələrinə başsağlığı, yaralanan hərbçiyə isə şəfa diləyib.