Yəmən və İraq Müqaviməti ABŞ gəmilərini hədəfə alıb

Yəmən Silahlı Qüvvələrinin sözçüsü tərəfindən verilən açıqlamada Aralıq dənizində “Valer” neft tankerinə qarşı İraq İslami Müqaviməti və Yəmən silahlı qüvvələri tərəfindən birgə əməliyyat keçirildiyi bildirilib.

Operativtv.com Az.rasthaber.com-a istinadən xəbər verir ki, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri İraq İslam Müqaviməti ilə birgə əməliyyatda Aralıq dənizində "Waler" neft tankerini hədəf aldıqlarını açıqlayıb.

Bundan başqa, müqavimət qüvvələri Amerikanın “Delonix” gəmisini, Aralıq dənizində “Johannes Maersk” gəmisini və Qırmızı dənizdə “Loannis” gəmisini hədəfə alıb.