Cəza çəkdiyi 12 saylı müəssisədə Tale Bağırzadə ölümlə, məhv edilməklə təhdid olunub.
Bu barədə ilahiyyatçı özü məlumat verib. Həbsxana əməliyyatçıları tərəfindən dəhşətli işgəncələr yaşayan bir neçə inanclınin vəziyyəti isə acınacaqlıdır.
Həbsxanalarda Penitensiar xidmətin bərbad vəzifə fəaliyyəti burada çoxsaylı problemlərə yol açmaqda davam edir. Zamanla bu problemlər dilə gətirilsə də bir həqiqət dəyişmədən qalır, problemlər aradan qaldırılmaq əvəzinə problemləri qabardanlar ortadan qaldırılır.
Cəza çəkdiyi 12 saylı müəssisədə tez-tez su problemlərinin yaşanması ilə bağlı Tale Bağırzadə dəfələrlə müraciətlər edib. Hətta media vasitəsi ilə də o, bir neçə dəfə susuzluğun fəsadlarını gündəmə gətirib. Lakin məsələnin işıqlanması işin həllindən çox onu böhrana çəkməkdə israrlıdır. Bu il, hələ yay gəlməmiş yenə su problemlərini qabardanlar həbsxana əməliyyatçıları, Əziz Tağıyevin başçılıq etdiyi dəstə tərəfindən amansız işgəncələrə məruz qalıb.
Artıq 3 gündür ki, müəssisəyə su gəlmədiyi, nəticədə antisanitar vəziyyətin üfunəti ətrafı bürüdüyü üçün etiraz edən Tale Bağırzadənin bu səhər etiraz etməsi məsələnin həlli əvəzinə həbsxana daxili “cəzalandırma” ilə nəticələnib. Belə ki, Hacı Talenin etirazından sonra Rəfail adlı inanclı ilə birlikdə müəssisə rəhbərliyinin onları dəvəti, bunun ərəfəsində onların rəsmilərlə görüşdən gəlməsini gözləyən inanclılar Kamran Hüseynli, Rasim Məsiyev, Fuad Əsgərov, Rafiq Şahverdiyevi müəssisədə əməliyatçı olaraq çalışan Cavid Səfərov “müəssisədə qarşıdurma yaratmaqda” ittiham edib. Ardınca hər dörd inanclını “cəza” otağına gətirdərək təhqir edib və onlara dəhşətli işgəncələr verib. C. Səfərov bildirib ki, Hacı Talenin növbəti etirazı daha sərt formada cavablandırılacaq. İşgəncə görən gənclərdən biri buraxılsa da, digər 3 nəfəri isə hələ də “işgəncə” otağında saxlanılmadadır.
Müsəlman Birliyi Hərəkatı mövcud hadisəni kəskin pisləyir və əlaqədar təşkilatlardan məsələ ilə bağlı addım atılmalarına təkid edir. Özbaşnalıqların yaşandığı cəzaçəkmə müəssisələrində saysız işgəncə faktları ilə yanaşı qətl halları həbsxanalarda məhbusların təhlükəsiz olmadığını göstərir. Əziz Tağıyev kimi müəssisə işçisinin Tale Bağırzadəni ölümlə təhdid etməsi isə bu vəziyyətdə daha təhlükəli həyəcan təbili çalmağa əsas verir.
Biz Ombudsman Aparatı daxil olmaqla bütün əlaqədar təşilatlara müraciət ünvanlayaraq zatən günahsız məhbəs həyatı yaşayan şəxslərin həyatı təhlükələrini araşdırmağı və günahkarların cəzalanmasını onlardan tələb edirik.
MBH mətbuat katibliyi.
“Unutmusan ki, əlimizdəsən, səni elə itirərik ki...” Tale Bağırzadə həbsxanada ölümlə təhdid olundu