Danimarka Fələstin tərəfdarlarını həbs edib

Danimarka polisi Maersk gəmiçilik şirkətindən sionist İsraillə ticarəti kəsməsini tələb edən fələstinli tərəfdarları "ictimai asayişi pozduqları" səbəbi ilə saxlayıb.

 

Danimarkanın paytaxtı Kopenhagendə Maersk binasının girişində oturan “Fələstin Gənclər Hərəkatı” adlı qrup, gəmiçilik şirkətinin “Sionist İsrailə birbaşa silah ticarətini asanlaşdırdığını və bundan qazanc əldə etdiyini” bildirib.

Fələstin tərəfdarları Maerskdən işğalçı İsraillə əlaqələri kəsməyi və Fələstində soyqırımı dəstəkləməyi dayandırmağı tələb ediblər.

Kopenhagen polisinin sözçüsü Martin Kajberg, Danimarkanın Ritzau xəbər agentliyinə verdiyi açıqlamada nümayişçilərin "ictimai asayişi pozduqları" səbəbi ilə saxlandıqlarını bildirib.

Danimarkada iyunun əvvəlində parlament binasının da daxil olduğu Kristiansborq sarayının girişini bağladıqları üçün 27 fələstinli tərəfdar saxlanılıb.

 

 

 

Az.rasthaber.com