Kanal 13 internet televiziyasının baş redaktoru Anar Orucov qardaşı Əziz Orucovun həbsinin siyasi motivli, ona qarşı ittihamların qondarma və əsassız olduğunu bildirib.
Kanal 13-ün rəhbəri və təsisçisi Əziz Orucov ötən il noyabrın 27-də “torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma” ittihamı ilə saxlanılsa da, dekabr ayında ona qarşı “Abzas Media” işində olduğu kimi “xarici valyuta qaçaqmalçılığı” ittihamı irəli sürülüb.
“Tamamilə qondarma ittiham üzərində verilən həbs qərarıdır. Hətta ittiham olsa belə, buna görə jurnalistləri həbs etməyə heç bir ehtiyac yoxdur. Əzizə qarşı verilən ittiham aktına görə, ölkəyə 90 min manat pul gətirilib. Nə qədər qondarma olsa da, bu yazılıbdır. Amma digər tərəfdən biz bəzən mediada oxuyuruq ki, Azərbaycan hökumətində, müxtəlif hökumət qurumlarında milyonlarla manat yeyinti etmiş şəxslərə qarşı həbs qətimkan tədbiri verilmədən cinayət araşdırması başladılır. Elə bu onu göstərir ki, Əzizin həbs müddətinin uzadılması və həbsdə saxlanılması siyasi motivlidir”, Anar Orucov fikrini belə izah edib.
İyunun 25-də Səbail Rayon Məhkəməsi Əziz Orucovun və Kanal 13-ün əməkdaşı Şamo Eminovun həbs qətimkan tədbirini daha 3 ay uzadıb. Bu barədə məlumatı vəkil Fəxrəddin Mehdiyev verib.
“Müddət sentyabrın 27-dək uzadıldı. Qərar qanunsuz və əsassızdır. Həm hüquq müdafiəçiləri, həm Əziz Orucov bildirib ki, onun həbsi tamamilə qanunsuzdur və onun jurnalist fəaliyyəti ilə bağlıdır. Məsələ burasındadır ki, bu işdə nə həqiqi sübutlar var, nə də formal sübutlar var. Görünür bu səviyyədə işi Bakı Ağır Cinayətlər Məhkəməsinə çıxarmaq riskli hesab olunur”, vəkil bildirib.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 24-28 iyun tarixlərində baş tutan yay sessiyasına qatılmaq üçün Strasburqda olan Anar Orucov burada keçirdikləri görüşlərdə Azərbaycan hökumətinə qarşı beynəlxalq təzyiqlərin artırılmasına ehtiyac olduğunu vurğuladıqlarını bildirib.
“Azərbaycan hökumətinin atdığı addımlar bizi buna məcbur edir. Ölkədə insan hüquqlarının bu qədər kobud şəkildə pozulması, ölkədə media azadlığının, QHT-lərin, ümumiyyətlə, siyasi bağlılığı olmadan hər hansı fərqli fikir söyləyənlərin bu qədər təzyiq altında olması bizə ölkədə hər hansı fəaliyyətlə bağlı imkan yaratmır. Ona görə məcburiyyət qarşısında fikirləşirik ki, Azərbaycan öz öhdəliklərini, Konstitusiyasına uyğun hökumətin üzərinə düşən öhdəlikləri, eləcə də beynəlxalq təşkilatlar qarşısındakı öhdəliklərini yerinə yetirməsi üçün daha çox təzyiqlər olmalıdır”, Anar Orucov qeyd edib.
Orucov məsələ ilə bağlı Avropa Şurası və AŞPA ilə yanaşı, ATƏT-də, Avropa Parlamentində, COP29 qabağı Azərbaycanla sıx təmaslar quran ölkələrlə silsilə görüşlərin keçirilməsini nəzərdə tutduqlarını əlavə edib.
Bu günədək bir sıra beynəlxalq mətbuat azadlığı və insan hüquqları təşkilatları Azərbaycan hakimiyyətini saxlanan jurnalistləri dərhal azad etməyə, müstəqil mediaya təzyiqləri dayandırmağa çağırıblar.
Rəsmi Bakı Azərbaycanda fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin əsassız həbsi ilə bağlı ittihamları rədd edir və Azərbaycanda fundamental hüquq və azadlıqların, eləcə də media azadlığın “tam olaraq” təmin edildiyini vurğulayır.
Azərbaycan prezidenti İlham Əliyev aprel 27-də Berlində Almaniya kansleri Olaf Şoltsla birgə mətbuat konfransında qeyd edib ki, Azərbaycanda media azadlığı təmin edilir və jurnalistlərin həbsi qanunvericiliyə uyğun şəkildə həyata keçirilib.
“Bir müddət bundan əvvəl xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb”, İlham Əliyev deyib.
Azərbaycan Sərhədsiz Reportyorların (RSF) 2024-cü il mətbuat azadlığı indeksində 180 ölkə sırasında 164-cü yerdə qərar tutub.
AmerikanınSəsi
Anar Orucov: Hökumətə qarşı beynəlxalq təzyiqlər artırılmalıdır