Aleksandr Duqin: Husiləri və Hizbullahı silahlandıraq

Rusiyalı strateq Aleksandr Duqin Telegram kanalında verdiyi açıqlamada Qərbin bütün qırmızı xətləri keçdiyini bildirib. Duqin Rusiyanın Hizbullah və Husilərə ciddi silahlar verməyə başlamasının vaxtı çatdığını deyib.

Duqin açıqlamasında bir çox cəbhədə müharibənin başladığına diqqət çəkərək, “Yavaş-yavaş bütün ölkələr, qitələr və sivilizasiyalar zəifləyən birqütblü dünya ilə yüksələn çoxqütblü dünya arasında şiddətli mübarizənin şahidi olurlar” deyib.

Duqin açıqlamasında aşağıdakı ifadələrə yer verib:

“Yaxın Şərqdə də müharibə gedir; İsrail Livanla birbaşa toqquşmaq üzrədir. Rusiyanın Hizbullah və Husilərə ciddi silahlar verməyə başlamasının vaxtıdır. Hətta taktiki nüvə silahlarına qədər.

Təcavüzkar israillilər və qlobalist vəkillər bunlara sahibdirlər, lakin dissidentlər və çoxqütblü dünyanın tərəfdarları yoxdur. Uyğunsuzluq. Bunu Trampdan əvvəl etmək daha yaxşıdır. Kuba, Nikaraqua, Venesuela Vyetnam və əlbəttə İran da daxil nüvə silahına keçməlidir. Yeri gəlmişkən, Meksikaya daha çox diqqət yetirməyə dəyər. Bizim yaxşı antiqloballaşma proqramı olan gözəl və perspektivli prezident Klaudiya Şeynbaum var.

Bütün qırmızı xətlərimizi keçdilər. Təcili olaraq qırmızı xətləri keçməliyik.”