Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2024-cü ildə Azərbaycanla bağlı 39 qərar qəbul edib. Bu qərarlardan 38-də pozuntu müəyyən edilib.
Bu rəqəmlər AİHM prezidentinin yanvarın 31-də 2024-cü ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında açıqlanıb.
AİHM Azərbaycanla bağlı ən çox ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb – 20 qərar.
İşgəncə və pis rəftara məruz qalmamaq hüququnun pozuntusu 10, mülkiyyət hüququnun pozuntusu 8, ifadə azadlığı hüququnun pozuntusu isə 5 qərarda müəyyən edilib.
Məhkəmə 2024-cü ildə ümumilikdə 1102 qərar qəbul edib. Qərar sayına görə (39) Azərbaycan 6-cıdır.
Azərbaycandan göndərilmiş şikayətlərin sayında artım müşahidə olunur. Belə ki, Azərbaycandan AİHM-ə 2022-ci ildə 389, 2023-cü ildə 438 şikayət göndərilmişdisə, 2024-cü ildə şikayətlərin sayı 600-ə çatıb.
Ötən il Avropa məhkəməsinə Azərbaycandan 600 şikayət göndərilib