15 saylı cəzaçəkmə müəssisəsində saxlanılan jurnalist Polad Aslanovun hüquqlarının pozulduğu bildirilir.
Bu haqda “Turan”a onun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib. Onun sözlərinə görə, Aslanov yalnız rəis müavininin kabinetində və onun iştirakıyla ailəsinə zəng etməyə məcbur edilir. Jurnalist bunu şəxsi həyatın gizliliyi hüququnun pozulması kimi qiymətləndirir.
Aslanov saxlanma şəraitinin pis olması barədə xanımına yalnız 21-24 yanvar tarixlərində baş tutmuş uzunmüddətli görüş zamanı danışa bilib. Bildirib ki, cəzaçəkmə müəssisəsində 1146 məhbus əvəzinə 1500 məhbus saxlanılır. Çarpayı çatışmadığına görə bəzi məhbuslar yerdə yatırlar.
Şəraiti məqbul olan kameraların bağlı saxlanıldığını qeyd edən Aslanovun sözlərinə görə , həmin kameralardakı yerləri məhbuslara, adətən, pulla veriblər: “İndi bu qadağan edilib, ona görə administrasiyanın stimulu yoxdur və kameraları bağlı saxlayırlar”.
“Məhbuslara tibbi yardım göstərməkdən də buna görə imtina edilir. Polad onlarıları bundan şikayət etməyə çağırdıqda təzyiqə məruz qalır" deyə, Aslanova bildirib.
Onun sözlərinə görə, həyat yoldaşı cəzaçəkmə müəssisəsinin hamamında isti su olmadığını və hamam otağının soyuq olduğunu da deyib.
Aslanova onun şikayətlərilə bağlı ombudsmana müraciət edib.
Hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı bloger Rəşad Ramazanov da 15 saylı cəzaçəkmə müəssisəsində məhbusların hüquqlarının pozulduğunu və şəriatin pis olduğunu bildirmişdi.
Polad Aslanov 2019-cu ilin iyun ayında, İranın xeyrinə casusluq ittihamıyla (dövlətə xəyanət) ittihamıyla həbs edilib və 16 il müddətinə azadlıqdan məhrum olunub. Sonradan Ali Məhkəmə Aslanovun həbs müddətini 13 ilə qədər azaldıb. Özü ittihamı rədd edir.
Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.
AİHM jurnalistin həbsinin qanunsuz olduğunu təsdiqləyib və ona təzminat təyin edib.
Jurnalist saxlanma şəraitindən narazıdır: “Bəzi məhbuslar yerdə yatırlar”