Papa Fransisk, İraqdakı xristianlığın tarixinə həsr olunmuş kitabının ön sözündə 2021-ci ildə İraqa səfərini və dünya şiələrinin böyük mərcə təqlidi Ayətullahül-üzma Seyid Əli Sistanı ilə tarixi görüşünün əhəmiyyətini vurğulayıb.
Papa Fransisk ön sözdə, həmin dövrdə mövcud olan səhiyyə və təhlükəsizlik çağırışlarına baxmayaraq, İraqa səfərini necə həyata keçirdiyini qeyd edib. O vurğulayıb ki, bu səfər vasitəsilə xristianlara və bütün xeyirxah insanlara olan sevgisini və həmrəyliyini ifadə etmək istəyib.
Nəcəfdə Ayətullah Sistani ilə görüşün əhəmiyyətinə toxunan Papa Fransisk, bu görüşün qlobal bir mesaj daşıdığını vurğulayıb. O bildirib ki, din adı altında həyata keçirilən zorakılıq əslində dinin özünə ziddir və bütün dinlər sülhün qurulması və onun insanlara öyrədilməsi üçün əməkdaşlıq etməlidir.
İtalyan dilində yazılmış və alman dilinə tərcümə edilmiş bu kitabda Papa Fransisk İraq xalqının bu ölkənin inkişafı üçün böyük potensiala malik olduğunu qeyd edərək, cəmiyyətin rifahına töhfə vermək, demokratiyanı və dinlərarası dialoqu təşviq etmək üçün əməkdaşlığa çağırıb.
Kitabda ayrıca İraq xristianlarından da bəhs edilib.
Az.shafaqna.com
Papa kitabında Ayətullah Sistanı ilə tarixi görüşünün əhəmiyyətindən yazıb