"Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar" etməkdə təqsirləndirilən fəal Elşən Kərimov 6 il azadlıqdan məhrum edilib. Bu barədə yanvarın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Səbuhi Hüseynovun sədrliyi ilə hökm çıxarıb.
Hökmdən əvvəl dövlət ittihamçısı Elşən Kərimovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Elşən Kərimov ittihamı qəbul etmədiyini məhkəmə heyətinin diqqətinə çatdırıb.
Elşən Kərimova aprelin 17-də Yevlax rayonunun Rüstəmli kəndində saxlanılıb. Onun barəsində Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 281.1 (Hakimiyyətin zorla ələ keçirilməsinə yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) maddəsi ilə cinayət işi başlanılıb. Aprelin 19-da Binəqədi Rayon Məhkəməsi Kərimov barəsində həbs qəti imkan tədbiri seçib.
Elşən Kərimovun həbsi sosial şəbəkələrdə ölkədə həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəallarını, digər siyasi partiya üzvlərini, ictimai fəalları və jurnalistləri müdafiə edən paylaşımlar etdikdən sonraya təsadüf edir.
Bakıda siyasi fəal altı il həbsə məhkum edildi