“Akif Qurbanovu təcridxanada ziyarət edən yüksək vəzifəli dövlət məmuru ölkə rəhbəri haqqında tənqidi bəyanatlar verməkdən əl çəkməyəcəyi halda onu işgəncə ilə təhdid edib”.
Azərbaycanda uzun müddətdir ki, insan haqlarının vəziyyəti, ifadə azadlığı, birləşmək və dinc toplaşmaq hüquqlarının yersiz məhdudlaşdırılması ilə bağlı narahatlıq, o cümlədən, hüquq müdafiəçilərinə və jurnalistlərə qarşı repressiyalar, ədalətli məhkəmə araşdırması hüququnun geniş şəkildə pozulması və ədliyyə sistemindən siyasi məqsədlər üçün sui-istifadə davam edir.
Bu fikir “Amnesty İnternational“ beynəlxalq insan haqları təşkilatının Azərbaycanda insan hüquqlarının son vəziyyəti ilə bağlı geniş hesabatında yer alıb.
Təşkilat qeyd edir ki, ölkədə müstəqil vətəndaş cəmiyyəti təşkilatları bağlanıb, hakimiyyəti tənqid edənlər ya həbs olunub ya da sürgünə məcbur edilib.
Hesabatda yerli hüquq müdafiəçilərinə istinadla Azərbaycanda təqribən 300 nəfərin siyasi motivlərlə həbs olunduğu deyilir. Bura beynəlxalq standartlara cavab verməyən şəraitdə saxlanılan hüquq müdafiəçiləri, jurnalistlər, dinc etirazçılar və başqaları daxildir.
“11-22 noyabr 2024-cü il tarixlərində Bakıda keçirilən COP29-da Azərbaycanın müstəqil səsləri yox idi. Onların bir çoxu dəmir barmaqlıqlar arxasında, ya da sürgündə idi. “Amnesty International”-ın nümayəndələri Azərbaycanda olarkən həbsdə olan fəallar və jurnalistlərlə görüşmək istəmiş, amma icazə verilməmişdi. Azərbaycan hakimiyyəti COP29 zamanı və ondan sonrakı dövrdə də fərdləri fəallığına, jurnalistikasına və insan haqları sahəsində fəaliyyətinə görə hədəf almaqda davam edir”, təşkilat bildirir.
Hesabatda Anar Məmmədli, Qubad İbadoğlu, Tofiq Yaqublu, Bəxtiyar Hacıyev, Rüfət Səfərov, Teymur Kərimov, Afiəddin Məmmədov, Kamran Məmmədli, İqbal Əbilov və Bəhruz Səmədovun həbs edildikləri yada salınır.
Sonuncu dəfə isə bu il yanvarın 17-də “Toplum TV”-nin jurnalisti Fərid İsmayılovun saxlanıldığı və barəsində 2 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçildiyi qeyd olunur.
“Amnesty İnternational“ vurğulayır ki, hökumət tənqidçiləri Azərbaycandan kənarda da repressiya və risklərlə üzləşirlər:
“Ötən ilin sentyabrında Azərbaycan hakimiyyətini və prezidentini kəskin tənqidi ilə tanınan hüquq müdafiəçisi Vidadi İsgəndərli Fransada yaşadığı mənzildə bıçaqlanandan 2 gün sonra xəstəxanada vəfat etdi”.
Hesabatda Azərbaycan hakimiyyətinin siyasi motivli həbslərlə müstəqil medianı sistemli şəkildə susdurduğu bildirilir:
“20-dən çox jurnalist, media işçisi və müstəqil qurumların təsisçiləri həbs olunub ya da ölkədən çıxışına qadağa qoyulub. “Abzas Media”, “Kanal 13” və “Toplum TV” kimi müstəqil qurumlar qaçaqmalçılıq və vergidən yayınma ittihamları ilə üzləşiblər.
2023-cü ilin noyabrından etibarən “Abzas Media”-nın altı əməkdaşı istintaq təcridxanasında saxlanılır.
Eyni cinayət işində təqsirləndirilən Hafiz Babalı və İmran Əliyev də hazırda həbsdədirlər”.
Təşkilat “Toplum TV”-yə qarşı baş vermiş repressiyaları da yada salır:
“6 mart 2024-cü ildə polis son müstəqil xəbər kanallarından biri “Toplum TV” və ona tərəfdaş olan Demokratik Təşəbbüslər İnstitutu İDİ) və III Respublika Platformasının ofisinə basqın etdi və “Toplum TV”-nin təsisçisi Ələsgər Məmmədli, III Respublika Platformasının spikeri Akif Qurbanov, qurucu heyət Üzvü Ruslan İzzətli, İDİ-nin əməkdaşları Əli Zeynal, Ramil Babayevi və İlkin Əmrahov, jurnalistlər Müsfiq Cabbar, Fərid İsmayılov və Elmir Abbasov saxlanıldı.
Martın 8-də polis “Toplum TV”-nin baş redaktoru Xədicə İsmayılı ifadə vermək üçün çağırsa da, o, ifadəsinin özünə qarşı istifadə oluna biləcəyini əsas gətirərək ifadə verməkdən imtina etdi. Bunun ardınca ona da səyahət qadağası tətbiq edildi”.
İnsan haqları təşkilatı “Azadlıq Radio”sunun jurnalisti, iqtisadçı ekspert Fərid Mehralızadənin də qaçaqmalçılıq, vergidən yayınma və sənəd saxtakarlığı kimi saxta ittihamlarla həbs olunduğunu bildirir.
Qurum 2024-cü ilin dekabrında “Meydan TV” əməkdaşları Aynur Qənbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı, Ramin Cəbrayılzadə (Deko) və Aysel Umudova, eləcə də Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirovun haqsız yerə həbs edildiyini qeyd edir.
Hesabatın “İşgəncə, pis rəftar və tibbi adekvat müayinədən imtina” bölümündə deyilir ki, Azərbaycan həbsxanlarında işgəncə, pis rəftar geniş yayılıb və bununla bağlı istintaq orqanlarının üzvləri və məsul şəxslər demək olar ki, heç vaxt məsuliyyətə cəlb edilmirlər.
“Hökumət tənqidçiləri həbsdə işgəncələrə və pis rəftara məruz qaldıqlarını müntəzəm olaraq bildirsələr də, bu iddialar bir qayda olaraq effektiv şəkildə araşdırılmır. Jurnalistlər Sevinc Vaqifqızı və Nərgiz Absalamova həbsxanada pis şəraitin, o cümlədən təmiz su çatışmazlığını işıqlandırandan sonra qisasla üzləşdiklərini bildiriblər.
Ülvi Həsənli də Prokurorluğa işgəncələrin geniş yayılması ilə bağlı məktub ünvanlayandan sonra hədələndiyini bildirib”, - hesabatda deyilir.
“Amnesty İnternational” III Respublika Platformasının spikeri Akif Qurbanovun da həbsdə işgəncə ilə hədələndiyindən söz açır:

Hüquq-müdafiə təşkilatı Anar Məmmədlinin səhhətinin pisləşməsi səbəbi ilə özəl tibbi müayinələrdən keçməsi tələbinin rədd edildiyini, Tofiq Yaqublunun xroniki astma xəstəliyindən əziyyət çəkdiyini və həbsxana şəraitinin pis olması, adekvat tibbi xidmətin olmaması səbəbindən səhhətinin getdikcə pisləşdiyini ayrıca vurğulayır:
“Media eksperti Ələsgər Məmmədli 2024-cü il martın 8-də şübhəli tiroid xərçəngi ilə müayinə olunmalı olduğu klinikanın yaxınlığında həbs edilib. Yaxınlarının dediyinə görə, o, adekvat müayinə ilə təmin edilməyib və vəziyyəti pisləşməkdə davam edir, həmçinin yuxu zamanı nəfəs almaqda çətinlik çəkir. Şəkərli diabet və öd daşları xəstəliyindən əziyyət çəkən Ruslan İzzətli də tibbi yardımdan məhrum edildiyini bildirib”, hesabatda deyilir.
Təşkilat onu da qeyd edir ki, Azərbaycanda bəzi hökumət tənqidçilərinin həbsindən sonra hakimiyyət onların ailələrini və yaxınlarını hədəfə alıb - onların maaş və pensiya kartları deaktiv edilib.
“Sevinc Vaqifqızının anasının pensiya kartı deaktiv edildiyindən o zəruri dərmanları ala bilmədiyini deyib. “Abzas Media” direktoru Ülvi Həsənli və “Kanal 13”-ün rəhbəri Əziz Orucovun ailələri də eyni problemdən əziyyət çəkirlər”.
Hesabata görə, Azərbaycanda on ildən artıqdır ki, dinc etiraz aksiyaları faktiki olaraq qadağan edilib:
“2023-cü ilin iyununda Gədəbəy rayonunun Söyüdlü kəndində polis qızıl yatağının genişləndirilməsinə etiraz edən yerli əhalinin dinc ekoloji aksiyasında qanunsuz güc tətbiq edib, etirazları işıqlandıran jurnalistləri saxlayıb. Ən azı səkkiz etirazçı kənd inzibati qaydada cəzalandırılıb, daha 3 nəfər isə uydurma narkotik ittihamları ilə həbs edilib. Onların arasında etirazlara açıq dəstək verən sabiq deputat Nazim Bəydəmirli də var”.
Azərbaycan hakimiyyəti bir qayda olaraq beynəlxalq qurumların tənqidi hesabatları ilə razılaşmır, bunu ölkənin daxili işlərinə müdaxilə kimi dəyərləndirir. Rəsmilər ölkədə heç kimin siyasi mövqeyinə və ya peşə fəaliyyətinə görə təqib edilmədiyini, bütün hüquq və azadlıqların təmin edildiyini bildirirlər.
Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı ümid əlaməti yoxdur - “Amnesty İnternational”